SON XƏBƏRLƏR

Mollaların böyük hissəsi seçkilərin nəticəsini tanımadılar

2021.10.20, 07:36
Mollaların böyük hissəsi seçkilərin nəticəsini tanımadılar

Gunaz.tv
Bir qrup alim və din xadimi seçkilərin saxtalaşdırıldığı ilə bağlı bəyanat verib GÜNAZ.TV mətbuat mərkəzinin "lent.az"a istinadən yaydığı məlumata əsasən, Bir qrup iranlı alim və din xadimi ölkədə keçirilən seçkiləri tanımadıqlarını bəyan ediblər. bununla da onlar ötən həftə seçkilərin nəticələrini təsdiq edən İran Konstitusiyası Nəzarət Şurasına “əlcək” atıblar. Ölkənin keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncani seçkilərdən sonra baş verən hadisələrdən təəssüf hissi keçirdiyini bildirib. Din xadimləri isə Nəzarət Şurasının “hakimlik” hüququnu və cəmiyyətin gözündə tərəfsiz hakim reputasiyasını itirdiyini bəyan edib: “Ancaq Nəzarət Şurasının bəyanatı əsasında seçkilərin legitimliyini necə qəbul etmək olar? Qanun pozuntusu nəticəsində doğulan hökumət legitim ola bilərmi?” Ekspertlər bildirirlər ki, bu bəyanat ölkənin ən yüksək dairələrində ciddi parçalanma olduğunu bir daha sübut edir. Jurnalistlər isə bəyanatı ölkənin dini lideri ayətulla Əli Xamneyiyə tabe olmamaq kimi dəyərləndirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar