SON XƏBƏRLƏR

İran adlanan yerdə informasiya blokadasını sındıran hər bir kəsi məhkəmə gözləyir

2021.10.20, 07:36
İran adlanan yerdə informasiya blokadasını sındıran hər bir kəsi məhkəmə gözləyir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Seçkilərdən xeyli keçsə də, fəalları məhkəmə gözləyir İran ədliyyəsinin rəhbəri ötən ay keçirilən seçkilər zamanı xarici telekanallara və internet saytlarına məlumat ötürmüş iranlıların məhkəməyə cəlb olunmasına dair qərar verib. Ötən ayın mübahisəli seçkilərindən sonra hökumət xarici media təşkilatlarına məhdudiyyətlər tətbiq etmişdi. Bu ö demək idi ki, jurnalistlər nümayiş yerinə gedib məlumat verə bilmirdilər. Ona görə də, bir çox iranlılar məlumatı telefon və ya elektron poçtu vasitəsilə özləri yayırdılar və hətta internetdə şəkillər də yerləşdirirlər. İndi İran ədliyyəsinin rəhbəri bəyan edib ki, həmin iranlılar məhkəməyə cəlb olunacaq. Əvvəllər BBC-nin Tehran müxbiri olmuş Jim Mur hesab edir ki, bu son həftələrdə İran hökumətinin gördüyü sərt tədbirlərin bir hissəsidir. O deyir ki, Tehran və İran;n digər şəhərləri indi bəlkə də sakit görünür. Amma böhran bəzən hiss olunmadan, bəzən isə açıq-aşkar davam edir. İran ədliyyəsinin sərt xətt tərəfdarı olan rəhbəri Ayətulla Haşemi Şəhrudi ölkə boyunca prokurorlara göstəriş göndərib və onlara internet saytlarına və xarici televiziyalara məlumat vermiş iranlılara qarşı sərt qərarlar verməyi əmr edib. Seçkilərdən sonra baş vermiş böhran zamanı mediaya məhdidiyyətlər qoyulduğundan mobil telefonlar və YouTube, Facebook kimi internet saytları Iran haqqında məlumat baxımından yeni əhəmiyyət kəsb etməyə başladı. İctimaiyyətin bir çox üzvləri BBC fars televiziyası kimi xarici telekanallara məlumatlar ötürdülər. İndi həmin iranlılar məhkəmədə cavab verməli olacaqlar. Bu arada isə Qum Seminariyası Alimləri və Tədqiqatçılar Assamleyasının üzvü olan bir qrup islahatçı ruhani bəyanat verib və bildirib ki, iyun ayında keçirilmiş seçkilərin nəticələrini tanımırlar. Xatırladaq ki, seçkilərdə Mahmud Əhmədinejad İran Prezidenti kimi qələbə qazanmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar