SON XƏBƏRLƏR

ABŞdan İran adlanan yerə, yeni uyarı

2021.10.20, 07:36
ABŞdan İran adlanan yerə, yeni uyarı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Amerikanın vitse-prezidenti Co Baydn işarə vurub ki, İsrael İrandan gələn hər hansı nüvə təhlükəsini dəf etmək istəsə, Obama adminstrasiyası buna qarşı çıxmayacaq. Cənab Baydn deyib ki, Amerika suveren dövlətə hansı addımı atıb-atmayacağını diktə edə bilməz. ABC televiziyasının müxbiri eyni sualı vitse-prezidentə 3 dəfə verib və Amerikanın İsraelin qarşısını alıb-almayacağını ondan soruşub. Co Baydn isə hər dəfə cavabında deyib ki, İsrail suveren dövlətdir və özü barədə qərarları özü verir. "İsrail özü müəyyənləşdirə bilər ki, nə onun maraqlarındadır və İranla, yaxud digərlərilə bağlı hansı qərara gələcək. Bu suveren dövlətdir. Bizim razılığımızdan asılı olmayaraq, onlar özləri bunu müəyyən edə bilərlər. Hər suveren dövlət bunu edə bilər. Amma hər hansı dövlətdən təzyiq bizim necə hərəkət etməyimizə təsir göstərə bilməz. Bizim inandığımız siyasət Amerikanın milli maraqları daxilindədir, eləcə də İsrailin və bütün dünyanın maraqlarındadır" - deyib Amerikanın vitse prezidenti Co Baydn.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar