SON XƏBƏRLƏR

İran köhnə peşesindən əl çəkmir. Etirazçıları xaric qüvvələrə bağlamağa çalışır

2021.10.20, 07:36
İran köhnə peşesindən əl çəkmir. Etirazçıları xaric qüvvələrə bağlamağa çalışır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, İranda müxalifət liderinin "vətənə xəyanət"dən mühakimə olunması tələb edilir Mir Hüseyn Musəvi "amerikan agenti" olmaqla günahlandırılıb İranda müxalifət lideri Mir Hüseyn Musəvinin mühakimə olunması tələb edilir. Dini lider Ayətullah Əli Xamneyinin məsləhətçilərindən olan Ayətullah Şəriətmədari islahatçı namizəd Mir Hüseyin Musəvini, "amerikan agenti" olmaqla günahlandırıb. Şəriətmədari Musəvi və İranın köhnə islahatçı prezidenti Məhəmməd Hatəminin "vətənə xəyanət"dən mühakimə olunmasını istəyib. Tehrandan ingilis səfirliyinin əməkdaşı haqqında isə "milli təhlükəsizliyə qarşı çıxmaq"la bağlı iddianamə hazırlandığı bildirilir. İranin etirazlara dəstək olmaqla ittiham etdiyi həmin səfirlik işçisi haqqında araşdırmalar başlanılıb. Səfirliyin İran vətəndaşi olan siyasi analitiki rəsmi şəkildə günahlandırılıb. İngiltərənin xarici işlər nazirliyi isə iddianın araşdırıldığını bilririb. Avropa Birliyi ölkələri İran səfirlərini ortaq etiraz və müşavirə üçün geri çağırıblar. Brüssel Tehrana qarşı daha sərt sanksiyalarla çıxış edib. Bunların arasında İran səfirlərinin geri çağırılması və iranlı diplomatlara viza qadağası kimi variantlar var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar