SON XƏBƏRLƏR

İRANIN SƏFİRİ BAKIYA QAYITMAYIB

2021.10.20, 07:36
İRANIN SƏFİRİ BAKIYA QAYITMAYIB

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə. Diplomatik nümayəndəlikdən suallara kimsə cavab vermir İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhraminin Bakını tərk etməsi ətrafında söhbətlər səngimir. Dünən elçinin Azərbaycana qayıdıb-qayıtmadığını dəqiqləşdirməkdən ötrü səfirliyin mətbuat xidməti ilə əlaqəyə cəhd etdik. Mətbuat katibinin köməkçisi Əli Namdar bildirdi ki, o, məzuniyyətdə olduğundan sualımızı cavablandıra bilməyəcək. Diplomat bizə mətbuat katibi Abbas İsgəndəriyə müraciət etməyi məsləhət bildidi. Xatırladaq ki, cənab İsgəndəri fars dilli olduğundan onunla adətən Ə.Namdarın vasitəsilə danışa bilirdik. Hər halda məlumat almaq məqsədilə səfirliyə telefon açdıqda bildirdilər ki, A.İsgəndəri yerində yoxdur. Səfiri kimin əvəz etdiyini və M.Bəhraminin nə zaman geri dönəcəyini bu dəfə də dəqiqləşdirə bilmədik. Xatırladaq ki, İranın Azərbaycandakı səfiri İsrail prezidenti Bakıya gələndən bir gün sonra İrana dönüb. İranın İSNA agentliyi XİN-dəki mənbəyə istinadən Bəhraminin həqiqətən də Azərbaycanın hərəkətlərinə görə “məsləhətləşmələr üçün” geri çağırıldığını xəbər verib. Qeyd olunur ki, İsrail prezidentinin və bu ölkənin Bakıdakı səfirliyinin İrana qarşı hədələyici bəyanatları Tehranda sərt reaksiya doğurduğu üçün səfirə Bakını tərk etmək göstərişi verilib. Qəribədir ki, hər zaman jurnalistlərin üzünə açıq olan səfirlik bu mövzu ilə bağlı nədənsə mətbuatın suallarını cavablandırmaqdan yayınır. Müşahidəçilərin fikrincə, rəsmi səviyyədə hələ ki, gərginliyin etiraf olunmaması səfirlikdə də qeyri-müəyyən vəziyyət yaradıb. Ona görə də iranlı diplomatlar səfirin Azərbaycanı nə səbəbdən tərk etdiyini əsaslandıra bilmədikləri üçün mətbuatdan yayınmağa üstünlük veriblər.musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar