SON XƏBƏRLƏR

İran adlanan yerdə proseslər hələ sona çatmayıb

2021.10.20, 07:36
İran adlanan yerdə proseslər hələ sona çatmayıb

Gunaz.tv
Cəmil Həsənli: "Rəsmi Tehranın durumdan çıxış yolu kimi müharibəyə əl ata bilməsi ehtimalı kiçikdir" "İranda hadisələrin sona çatmasından danışmaq tezdir". İrandakı durumu "Turan"a şərh edən millət vəkili Cəmil Həsənliyə görə, bunun nə ilə sona çatacağını indidən demək belə çətindir. Cəmil Həsənlinin fikrincə, İranda prezident seçkilərindən sonra qeyri-rəsmi gerçəklə rəsmi gerçək arasındakı ziddiyyət bütün kəskinliyi ilə ortaya çıxıb. "Özünü ədalətli sayan islam İranında bu seçkilərdə saxtakarlıq nəticəsində səs oğurluğu baş verib və rəsmi Tehran bunu təkzib etməyə heç səy də göstərmir", - deyə deputat İranda seçkisonrası olayların əsas motivinə toxunub. Deputat İranın ali dini rəhbəri Xamneyinin namizədlərdən birini - Mahmud Əhmədinejadı dəstəkləməsinin "rejimə olan təhlükədən" irəli gəldiyini söyləyib. "İranda namizədlər seçkiyə buraxılana qədər məhdudiyyətlər bundan əvvəl də olub, amma namizədlər seçkiyə qatıldıqdan sonra azad və barəbar seçki keçirdi, bu seçki isə səs oğurluğu olan ilk seçkidir". Həsənli İranda seçkilərdən sonrakı etiraz nümayişlərini rejimin mövcud olduğu 30 il ərzində ən geniş miqyaslı aksiyalar adlandırıb. Dediyinə görə, İran cəmiyyəti bununla dünyanın bəzi strateji mərkəzlərinə onun barəsində yaranmış "ölü cəmiyyət" təsəvvürünə qarşı "diridən diri olması" qarşılığını qoydu. Rəsmi Tehranın daxili durumdan çıxış yolu kimi müharibəyə əl ata bilməsi ehtimalına toxunan C.Həsənli belə bir ehtimalın kiçik olduğunu bildirib. Rejimi mühafizə etmək üçün müharibəni uğurlu çıxış yolu saymadığını deyən deputat bunun daxili sabitliyə söykənməli olduğunu, indiki halda İranın daxilində sabitlik olmadığı üçün ehtimal edilən müharibənin əks reaksiya verəcəyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar