SON XƏBƏRLƏR

Tehran rejimi Ermənistanın müdafiə nazirini dəvət edib

2021.10.20, 07:36
Tehran rejimi Ermənistanın müdafiə nazirini dəvət edib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistanın müdafiə naziri Seyran Ohanyan İrana dəvət olunub. İranın müdafiə naziri Mustafa Məhəmməd Nəccarın adından dəvəti S. Ohanyana bu ölkənin Ermənistandakı səfiri Sayad Əli Saqayan çatdırıb. S. Ohanyan isə görüşdə Mahmud Əhmədinejadın yenidən prezident seçilməsi münasibətilə təbriklərini ifadə edib. O, Ermənistan-İran münasibətlərinin daha da möhkəmlənəcəyinə və yeni mərhələyə keçəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edək ki, İsrail prezidenti Şimon Peresin Azərbaycan səfəri ilə əlaqədar son günlər İran-Azərbaycan münasibətlərində gərginlik müşahidə olunur. Hətta İran Azərbaycandakı səfirini Tehrana çağırıb. Bundan başqa, İran rəsmiləri və mətbuatı Azərbaycanın əleyhinə kəskin bəyanatlarla çıxış edirlər. Belə bir məqamda İranın Azərbaycanla düşmən münasibətlərində olan Ermənistanın müdafiə nazirinə dəvət göndərməsi maraq doğurmaya bilməz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar