SON XƏBƏRLƏR

İran adlanan yerdə basqılar artmaqdadır

2021.10.20, 07:36
İran adlanan yerdə basqılar artmaqdadır

Gunaz.tv
Mirhüseyn Musəvi GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Prezident Mahmud Əhmədinejadı dəstəkləyən 100 mühafizəkar deputat İran Məhkəmə Sisteminə birgə məktub yazaraq “seçki nəticəsinə etiraz bildirən iğtişaşçıları və onlara başçılıq edən” Mirhüseyn Musəvinin məhkəməyə verilməsini tələb ediblər. Urmiyadan deputat Salman Zakir prezidentliyə namizəd olmuş Musəvini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və vətəndaşların asayişini pozmaqda günahlandırıb: “Mirhüseyn Musəvi son iğtişaşlarda günahlandırılan əsas müttəhimlərdən biridir”. S.Zakir həmçinin deputatların iğtişaşlarda günahlandırdığı Musəviyə qarşı bir şikayət mətni hazırladığını da bildirib. Tehrandan parlamentə deputat seçilən Həmid Rəsayi jurnalistlərə açıqlamasında Musəvinin adını çəkməsə də, “iğtişaşlara başçılıq edənlərin cəzalandırılmasını” tələb edib: “Son iğtişaşlara başçılıq edənlərin bəziləri hələ də qanunsuz çıxışlarını davam etdirirlər. Bunların qanunsuz əməllərinin qarşısı alınmalıdır”. Prezidentliyə namizəd olmuş keçmiş baş nazir Mirhüseyn Musəvi və Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi 12 iyun seçkisinin saxtalaşdırıldığını deyib nəticələrin ləğvini tələb edirlər. Seçki saxtakarlığına qarşı son üç həftə ərzində düzənlənmiş etiraz aksiyalarında onlarla nümayişçi həlak olub, yüzlərlə adam yaralanıb, 2000 nəfərə yaxın vətəndaş isə həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar