SON XƏBƏRLƏR

Qarabağa səfər edən millət vəkili Asim Mollazadənin səfər təəssüratları barədə MÜSAHİBƏSİ

2021.10.20, 07:36
Qarabağa səfər edən millət vəkili Asim Mollazadənin səfər təəssüratları barədə MÜSAHİBƏSİ

Gunaz.tv
Erməni ziyalıları Bakıda erməni kilsəsini ziyarət ediblər -Qarabağa və eləcə də İrəvana səfər etdiniz. Təəssüratlarınız necədir? - Sülh istiqamətində irəliləyiş üçün şans var. Düşünürəm ki, bizim səfərimiz, bizim missiyamız hansısa formada dövlət səviyyəsində beynəxlaq təşkilatlarda gedən danışıqlar prosesini əvəz etmir. Bu, sadəcə olaraq bu gün danışıqlar prosesində mövcud olan inkişafa dəstək verməkdən ibarətdir. İstək bununla bağlıdır ki, həm hər iki ölkədən ziyalıları bu prosesə cəlb etmək, parlament nümayəndələrinin, media nümayəndələrinin, iştirakı ilə müəyyən inkişaf istiqamətində ehtimal olunan proseslərə dəstək verməkdir. - Səfər çərivəsində qondarma Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri Bako Saakyanla da görüşmüsünüz. Sizi "prezident" kimi qəbul etdi? Rəsmi səviyyədə bu görüş necə adlandırıldı? -Bu, rəsmi səviyyədə bizim Azərbaycanlıların Qarabağ nümayəndələri ilə, erməni icması ilə olan görüşüdür. Sadəcə olaraq Qarabağdakı görüşlər barəsində bir söz demək istəməzdim. İstəmirəm ki, ifadə etdiyimiz fikirlərimiz mövcud olan müsbət prosesdə hansısa bir mənfi çalar gətirsin. - Keçmiş silahdaşınız Əli Kərimli deyir ki, Qarabağda Bako Saakyanla görüşmək gələcəkdə beynəlxalq qurumlara da şans verəcək ki, Qarabağı danışıqlara tərəf kimi cəlb eləsinlər. - Bunun üçün heç bir imkan yoxdur, bu, heç bir formatda nəzərdə tutulmayıb. Lakin biz düşünürük ki, vətəndaş cəmiyyəti, ölkənin ziyalıları, siyasətçilərin də Qarabağda yaşayan ermənilərlə görüşüb, danışıb və onlara da bizim istəklərimiz, sülhməramlılığımız barədə məlumat verməyə ehtiyac var. - Ermənistan tərəfi isə artıq Qarabağı tərəf kimi göstərir. - Həm danışıqlar müstəvisində, həm beynəlxalq müşahidəçilər və bu prosesə dəstək verən qurumlar tərəfindən Azərbacanla Ermənistan arasında danışıqlar gedir. Ümidvaram ki, sülh sazişi də imzalanacaq. Bu prosesi başqa cürə qələmə vermək düzgün deyil. - Sülh sazişi nə vaxt imzalanacaq, Yaxın vaxtlarda gözlənilir? - Ermənistan prezidenti ilə söhbətlərdə mən belə hiss etdim ki, böyük şanslar var ki, bu il bu proses inkişaf edəcək. Bu prosesə təkan verən dünyanın nüfuzlu təşkilatları, ölkələrin də müsbət təsiri ilə ümidvarıq ki, cidldi irəliləyişlər olacaq. - Erməni ziyalıları ilə görüşdünüz, onlar Azərbaycana gəldilər. Sizcə onlarda Azərbaycana səfərlə bağlı nə təəsürat yarandı? - Onlarda Azərbaycana səfərləri ilə bağlı müsbət təəssüratlar oldu. Biz onları erməni kilsəsinə apardıq. Onlar ordakı vəziyyətlə tanış oldular, Azərbaycanın vəziyyəti ilə geniş tanış olmaq, ilk növbədə Bakı ilə tanış olmaq imkanları oldu. Aytən Həmidova /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar