SON XƏBƏRLƏR

AKSİYALARDA ÖLƏNLƏR ŞƏHİD ADLANDIRILDILAR. MƏHƏMMƏD XATƏMİ ÖLƏNLƏRİ ŞƏHİD OLARAQ YAD EDİB

2021.10.20, 07:36
AKSİYALARDA ÖLƏNLƏR ŞƏHİD ADLANDIRILDILAR. MƏHƏMMƏD XATƏMİ ÖLƏNLƏRİ ŞƏHİD OLARAQ YAD EDİB

Gunaz.tv
Məhəmməd Xatəmi GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranın keçmiş prezidenti Məhəmməd Xatəmi sonuncu prezident seçkisinin rəsmi nəticələrinə etiraz etdiyinə görə öldürülən adamları şəhid adlandıraraq xalqa qarşı məxməri çevriliş baş verdiyini deyib. M.Xatəmi seçki etirazları əleyhinə aparılan təbliğat kampaniyasını kəskin tənqid edib və bildirib ki, repressiyaların davam edəcəyi təqdirdə sistem tam məğlubiyyətə uğrayacaq: “Dinc etiraz aksiyasına qatılan bir sıra vətəndaşlar şəhid edilib və onların yas mərasimini qurmaq belə qadağan olunub. Seçki ondan ötrüdür ki, xalqın seçdiyi şəxs hökumət başına gətirilsin. Lakin bu gün cəmiyyət seçki nəticəsini qəbul etmir. Seçkinin əsas fəlsəfəsi bu gün sual altına düşüb. Bu isə dövlət sisteminin tam məğlubiyyətinə gətirib çıxaracaq”. Hökumət mediasının, Dövlət Teleradio Şirkətininin seçki zamanı indiki dövlət başçısı Mahmud Əhmədinejadın əsas rəqibi olmuş Mirhüseyn Musəvini iğtişaşda günahlandırmasına təəcübləndiyini vurğulayan M.Xatəmi bildirib: “Musəvi bu sistemin əsas dayaqlarından biridir. Ona qarşı bu qədər əks-təbliğat adamı təəccübləndirir. Məgər bizim neçə Musəvimiz var?” Bu arada M.Musəvi də yeni bəyanat yayıb. O, vətəndaşları “çevriliş” qarşısında müqavimət göstərməyə, dini və inqilabi vəzifələrini icra etməyə çağırıb. M.Musəvi seçki nəticələri ləğv edilənə qədər mübarizə aparacağını söyləyib: “Söhbət xalqın hüququndan gedir. Mən xalqın hüquqlarının tapdandığı yerdə güzəştə gedə bilmərəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar