SON XƏBƏRLƏR

İsrail sualtı qayıqlarını İran istiqamətinə göndərir

2021.10.20, 07:36
İsrail sualtı qayıqlarını İran istiqamətinə göndərir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans_pressə istinadən yaydığı məlumata görə, Bu qayıqlar səyyar nüvə raketlərini daşıya bilərlər Uzun fasilədən sonra İsrail donanması Sueç kanalına qayıdıb. Bu barədə Mignews məlumat verib. İsrail hərbi qayıqlarının Sueç kanalından keçməsi İrana qarşı xəbərdaredici siqnal kimi qəbul olunur. Bu həm də Misir və İsrail arasında əlaqələrin möhkəmləndiyini nümayiş etdirir. İranla müharibə zamanı əgər İsrail öz üç sualtı gəmilərini cəlb etmək qərarına gələrsə, onda İrana ən yaxın yol kimi elə bu qayıqların Sueç kanalı vasitəsilə göndərilməsi ola bilər. Qeyd edək ki, bu qayıqlar səyyar nüvə raketlərini daşıya bilərlər. Xatırladaq ki, 2005–ci ildə İsrailin hərbi dəniz donannaması regionda artan təhlükəyə görə ölkə gəmilərinin bu kanaldan keçməsini dayandırmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar