SON XƏBƏRLƏR

MİR HÜSEYN MUSƏVİNİN TƏRƏFDARLARINI JİDDİ İZLƏYİRLƏR

2021.10.20, 07:36
MİR HÜSEYN MUSƏVİNİN TƏRƏFDARLARINI JİDDİ İZLƏYİRLƏR

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "musavat"a istinadən yaydığı məlumata görə, "Hazırda İranda müvəqqəti olaraq nümayişlərə ara verilib. Hərdən bir nümayişlər keçirilsə də əvvəlki kimi qarşıdurmalar baş vermir". Bu barədə ANS PRESS-ə İrandakı Azərbaycan Cəmiyyətinin rəhbəri Ərəbəli Qurbani məlumat verib. Onun sözlərinə görə, hazırda İranın Tehran, İsfahan, Təbriz kimi şəhərlərində nümayişlər keçirilmir. "Xalq hökumətdən narazıdır, Mahmud Əhmədinejadın prezidentliyi xalq tərəfindən qəbul olunmur. Amma Musəvinin tərəfdarları rahat oturmayıblar. Onlar görüşürlər və bir iş görmək istəyirlər. Hazırda hər tərəfdə hökumətin adamları var. Hər küçənin, hər xiyabanın başında "Bəsic" adlı hökumət qüvvələri var". Ə. Qurbaninin sözlərinə görə, hazırda ölkədə Müsəvi tərəfdarları çox ciddi şəkildə izlənirlər: "İran hökumətinin verdiyi xəbərdarlıqlar bundan ibarətdir ki, Musəvinin tərəfdarlarını harda görsəniz, qarşılarını alın. Musəvinin tərəfdarları isə birləşiblər. Birləşdiyimizə görə də bizə qarşı çıxırlar. İranda da belədir ki, camaat dövlətə qarşı çıxdıqda məmurlarla mübarizə aparırlar. " Ə. Qurbani qeyd edib ki, hazırda İranda əhalinin küçəyə çıxmasına heç bir qadağa qoyulmasa da, hamı göz altındadır. "İranın bütün şəhərlərində - fərqi yoxdur istər fars, istərsə də türk şəhərlərində Musəvinin tərədarlarının fəaliyyətləri davam edir. "Bəsic" adlı hökumət məmurlarının artıq xalq içində hörməti yoxdur. Onlar xalqa qarşı tüfəng və zopalardan istifadə edirlər. Xalq Əhmədinejad hakimiyyətini diktatura hökuməti adlandırır. O, xalq tərəfindən deyil, ali dini lider tərəfindən dəstəklənir", deyə Ə. Qurbani əlavə edib. Xatırladaq ki, iyunun 12-də İranda prezident seçkisi keçirilib. Seçkidə keçmiş prezident Mahmud Əhmədinejad qələbə qazanıb. Xalq isə seçkinin nəticələri ilə razı deyil və seçkidə əslində müxalifətçi namizəd Mirhüseyn Musəvinin qələbə qazandığını iddia edir. Bu səbəbdən İranda iyunun 12-dən etibarən etiraz aksiyaları keçirilib. Aksiyalar polislə qarşıdurmalarla müşayiət olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar