SON XƏBƏRLƏR

iran adlanan yer ermənipərəst olaraq qalır

2021.10.20, 07:36
iran adlanan yer ermənipərəst olaraq qalır

Gunaz.tv
İran ermənipərəst mövqeyindən əl çəkmir Səfir Seyid Əli Saqayean: "Sərkisyanın İrana səfəri zamanı və daha öncə əldə olunan razılaşmalar həyata keçiriləcək" İranın Ermənistandakı səfiri Seyid Əli Saqayean dünən İrəvanda keçirdiyi mətbuat konfransında yenidən ermənipərəst bəyanatlar verib. Səfir bildirib ki, İran-Ermənistan dəmir yolu layihəsinin gerçəkləşdirilməsi istiqamətində işlər davam etdiriləcək və bu məsələ ilə bağlı rəsmi Tehranın mövqeyində hər hansı dəyişiklik baş verməyib: "Serj Sərkisyanın İrana səfəri zamanı və daha öncə əldə olunan razılaşmalar həyata keçiriləcək. Bu, İran-Ermənistan dəmir yolu xətti, nefət kəməri layihələrinə də aiddir. Bu məsələlər üzərində iş aparırıq. Tezliklə Ermənistana qeyd olunan məsələlərə baxmaq üçün ekspert qrupu səfər edəcək". Seyid Əli Saqayeanın sözlərinə görə, İran-Ermənistan təşəbbüsləri bütün region üçün mühüm əhəmiyyət kəsb edir. Azər "Məsələn, əgər dəmir yolu Qara dənizədək uzanarsa, o zaman biz Avropanın uzaq Şərqlə, Çinlə, hətta Yaponiya ilə birləşdirə biləcəyik. Digər tərəfdən, neft kəmərinin və neft təmizləyici qurğuların inşası da bütün bölgə üçün mühüm önəm kəsb edəcək. Digər maraqlı tərəflərin adıçəkilən layihələri maliyyələşdirmələri üçün razılığa gələ bilərik. Qeyd edim ki, artıq Rusiya, Qazaxıstan, hətta Türkmənistan da dəmir yolu layihəsinə maraq göstərirlər". İranda yaşayan etnik ermənilərlə bağlı sualı cavablandıran səfir qeyd edib ki, onun ölkəsi Ermənistana və erməni icmasına böyük hörmətlə yanaşır

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar