SON XƏBƏRLƏR

Vəfa Quluzadə: «İrandakı hadisələr ölkənin taleyində çox ciddi rol oynayacaq»

2021.10.20, 07:36
Vəfa Quluzadə: «İrandakı hadisələr ölkənin taleyində çox ciddi rol oynayacaq»

Gunaz.tv
Musəvi tək olsaydı çoxdan həbs edərdilər İranda keçirilmiş son prezident seçkiləri bu ölkəni dünyanın əsas diqqət mərkəzinə çevirdi. Seçkilərdə Mahmud Əhmədinejada ciddi rəqib kimi ortaya çıxan Mirhüseyn Musəvi qələbəsini rəsmiləşdirə bilməsə də İran inqilabından sonra ölkəni ilk dəfə etirazlar meydanına çevirə bildi. İranda baş verən etrazlarda diqqəti çəkən məqamlardan biri də hüquqsuz vəziyyətdə yaşayan qadınların proseslərdə fəallıq göstərmələri idi. Aksiyalarda tələbələrin də öndə getməsi başlanan mübarizə hərəkatını daha kütləviləşdirdi. İran hakimiyyəti isə etirazların xarici qüvvələr - Birləşmiş Ştatlar və Böyük Britaniya tərəfindən təşkil olunduğunu idda edib, Tehrandakı diplomatları həbs edib, Qərb KİV-lərinin nümayəndələrini ölkədən çıxarıb. Seçki ərəfəsi ABŞ kəşfiyyatına işləyənlərin «tapılması» və onların ciddi cəzalandırılacağı ilə bağlı mesajların cəmiyyətə ötürülməsi insanlardakı mübarizə əzmini qıra bilmədi. Əksər ekspertlər baş verən hadisələrin rejimi laxlatdığını, İranın rejiminin süqutunun başlanığıcı kimi dəyərləndirlər. Politoloq Vəfa Quluzadə isə İranda baş verənlərin ölkənin taleyində mühüm rol oynayacağını düşünür. Politoloqun fikrincə, İrandakı vəziyyətin bu həddə gəlib çatmasının səbəblərindən biri İran elitasının parçalanmasıdır: «İranın prezidenti Əhmədinejad və onun tərəfdarlı bir tərəfdə, Rəfsəncani və keçmiş prezidentlər də digər tərəfdə dayandılar. Faktiki olaraq, İranda iki cəbhə formalaşmağa başladı. Bu baxımdan hesab edirəm ki, etirazların kütləvi hərəkat alması Musəvi ilə bağlı deyil. Bu işlər təkcə onun işi olsaydı, onu çoxdan həbs edərdilər. Amma proseslər onu göstərdi ki, Musəvi tək deyil». V.Quluzadənin sözlərinə görə, proseslər indiki İran rejiminin strukturlarını dəyişməyə yönəlib. Gələcəkdə İrandakı proseslərin milli məsələyə çevrilmə ehtimalına gəlincə, V.Quluzadə deyir ki, hələlik bu barədə danışmaq tezdir: «Amma proseslər göstərdi ki, insanlar kütləvi şəkildə birləşə bilir».Elmar Elnuroğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar