SON XƏBƏRLƏR

“SEPAH” Musəvinin həbsini tələb etdi

2021.10.20, 07:36
“SEPAH” Musəvinin həbsini tələb etdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, "SEPAH" Müxalifət lideri Mahmud Əhmədinejadı çevrilişdə ittiham etdi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“SEPAH”) komandanlığı müxalifətin lideri Mirhüseyn Musəvini məhkəmə məsuliyyətinə cəlb etməyi tələb edib. xalq drujinaçıları və bəsiclərlə bir yerdə mitinqlərin dağıdılmasında əsas rolu oynayan “SEPAH” Musəvini “milli təhlükəsizliyə qəsddə” ittiham edir. prezident Mahmud Əhmədinejadı dəstəkləyən “SEPAH”ın müraciəti Baş Prokurorluğa təqdim edilib. Məhkəmə tədqiqatı başlasa, 67 yaşlı Musəvi barəsində 10 ilədək həbs cəzası kəsilə bilər. Mirhüseyn Musəvi isə bir neçə günlük sükutdan sonra iyulun 1-də bəyanatla çıxış edərək prezident Mahmud Əhmədinejad hökumətini tanımaqdan imtina edərək, onu qanunsuz adlandırıb. O, mitinqlər zamanı həbs olunan “inqilab övladları”nı azad etməyi də tələb edib. Musəvi bildirib ki, Əhmədinejad çevriliş nəticəsində hakimiyyətə yiyələnib. O, 12 iyun seçkilərini “planlaşdırılmış tamaşa” adlandırıb. Müxalifət lideri mübarizədən geri çəkilməyəcəyini və həqiqi səsvermə uğrunda çalışacağını vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar