SON XƏBƏRLƏR

İran-Avropa İttifaqı mübasibətlərində qarşıdurmalar artmaqdadır

2021.10.20, 07:36
İran-Avropa İttifaqı mübasibətlərində qarşıdurmalar artmaqdadır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin bbcye istinadən yaydığı məlumata görə, İran hokümətinin güc strukturu və ya qeyri-rəsmi polisi sayılan Bəsic qüvvələri İran hökümətini bu yaxınlardakı seçkilərdə prezidentliyə namizəd olmuş Mir Hüseyn Musəvinin seçkilərdən sonrakı nümayişlərdə oynadığı rola görə mühakimə edilməsinə çağırıb. Bəsic tərəfindən yazılmış məktubda cənab Musəvi milli təhlükəsizliyə zərbə vurmaqda və dövlət əleyhinə təbliğatda ittiham edilir. Cənab Musəvinin özü isə bəyənatında bildirib ki, hazırkı İran hökumətini qeyri-legitim hesab edir. İran bəyan edib ki, deyildiyi kimi, İrandakı seçkilərdən-sonrakı itaətsizlik aksiyalarında Avropa İttifaqının müdaxiləsi səbəbindən, İranın nüvə proqramı ilə bağlı danışıqlarda bundan sonra Avropa İttifaqı iştirak etmək haqqını itirib. İran Hərbi Qüvvələrinin rəisi, Hassan Firuzabadi deyib ki, Avropa İttifaqı onun təbirincə söylənsə, buraxdığı böyük səhvə görə, üzr itəməyənədək, onun həmin danışıqlarda iştrak etməsi mümkün deyildir. Öz növbəsində Avropa İttifaqına daxil ölkələr İranın seçkilərdən sonra etirazçılar və jurnalistlərə rəftarını pisləyən, necə deyərlər, orkestrləşdirilmiş cavab vermək üçün baş sındırırlar. Cümə axşamı İttifaqın vəzifəli şəxsləri bütün üzv ölkələrin səfirlərinin İrandan geri çağırılması barədə Britaniyanın təklifini müzakirə edəcəklər. Lakin müşahidəçilərin fikrincə, Londonun bu təklifi heç də bütün Avropa paytaxtlarında ağıllı addım kimi qiymətləndirilmir. Onların fikrincə, bu addım İranı daha da nəzarətsiz qoyardı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar