SON XƏBƏRLƏR

AYƏTULLAH Cəlaləddin Tahiri İsfəhanidə seçki nəticəsini tanımır

2021.10.20, 07:36
AYƏTULLAH Cəlaləddin Tahiri İsfəhanidə seçki nəticəsini tanımır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İsfahanlı ayətullah Cəlaləddin Tahiri İsfəhani bəyanat yayaraq iyunun 12-də keçirilmiş prezident seçkisinin rəsmi nəticəsini tanımadığını bildirib. bəyanatında C.T.İsfəhani Mahmud Əhmədinejadın növbəti dəfə prezident postuna seçilməsinin qanuna zidd olduğunu vurğulayıb: “Mən bu qarmaqarışıq və mənasız seçkini, onun nəticəsini qanunsuz adlandırır, indiki hökumət başçısının bir daha bu vəzifəyə gətirilməsini bir növ qəsbkarlıq hesab edirəm”. Ayətullah İsfəhani Konstitusiyaya Nəzarət Şurasının M.Əhmədinejada aşıq-aşkar dəstək verdiyini söyləyib. O, Əhmədinejadın əsas rəqibi, keçmiş baş nazir Mirhüseyn Musəvi əleyhinə aparılan təbliğatı pisləyib: “Bu necə ədalətdir ki, vaxtilə ölkənin ən çətin dövründə, İraqa qarşı 8 illik müharibədə hökumətə başçılıq etmiş, hər cür çətinliyə dözmüş Mirhüseyn Musəvi bu gün iğtişaşçı kimi qələmə verilərək cəza ilə təhdid edilir, onun hüququ tapdanır?” Ayətullah İsfəhani əvvəllər İsfahanın cümə namazının rəhbəri olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar