SON XƏBƏRLƏR

“Newsweek” jurnalı İran hakimiyyətini əməkdaşını azadlığa buraxmağa çağırıb

2021.10.20, 07:36
“Newsweek” jurnalı İran hakimiyyətini əməkdaşını azadlığa buraxmağa çağırıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin ans presse istinadən yaydığı məlumata görə, Jurnalın bəyanatında deyilir ki, İran əsilli Kanada vətəndaşı, jurnalist Maziar Bahari bir həftədən artıqdır vəkili ilə görüşə bilmir ABŞ-da nəşr olunan “Newsweek” jurnalı İran hşakimiyyətini Tehrandakı etiraz aksiyaları zamanı həbs edilmiş jurnal əməkdaşını azadlığa buraxmağa çağırıb. Jurnalın bəyanatında deyilir ki, İran əsilli Kanada vətəndaşı, jurnalist Maziar Bahari bir həftədən artıqdır vəkili ilə görüşə bilmir. Qərb kütləvi informasiya vasitələrinin fəaliyyətini məhdudlaşdıran rəsmi Tehran, “Newsweek” jurnalının əməkdaşı İranda baş verənləri qeyri-obyektiv şəkildə işıqlandırmaqda ittiham edir. Xatırladaq ki, İranda 12 iyun prezident seçkitlərindən sonra başlanmış etiraz aksiyaları zamanı yüzlərlə adam, o cümlədən, müxalifət fəalları və jurnalistlər həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar