SON XƏBƏRLƏR

Nidanı kim öldürüb? . iran yenədə köhnə adətinə görə Amerikanı suçlayır

2021.10.20, 07:36
Nidanı kim öldürüb? . iran yenədə köhnə adətinə görə Amerikanı suçlayır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Iran adlanan yerin üsyanının simvolu seçilən Nida Sultanini qərblilər öldürüb. Iranın rəsmi qurumları 26 yaşlı Nidanı Amerika kəşfiyyatının öldürdüyünü iddia edir. Buna sübut kimi isə Nidanı öldürən güllənin iranlı polislərin işlətdiyi silahlara məxsus olmadığını göstərirlər. ABŞ-ın Mərkəzi Kəşfiyyat Idarəsinin üsyanda iştirak edən əməkdaşlarının Nidanı güllələməkdə məqsədləri üsyanı daha da qızışdırmaq olub. Iranın Meksikadakı səfirliyi ötən gün CNN kanalına verdiyi açıqlamada Nidanın meyitində tapılan güllənin Iran polisinə məxsus olmadığını bildirib. Səfir daha sonra “Bu qədər kameranın qarşısında bir qadının sinəsindən güllələnərək öldürülməsi öncədənə qurulmuş plandır. Bu Amerikanın Mərkəzi Kəşfiyyat Idarəsinin (CIA) oyunudur” deyib. Iranın hazırkı prezidenti Əhmədinejad da Nidanın ölümünün diqqətlə araşdırılmasını əmr edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar