SON XƏBƏRLƏR

İRAN SƏFİRLİYİ XARİCİ İŞLƏR NAZİRLİYİNƏ NOTA TƏQDİM EDİB

2021.10.20, 07:36
İRAN SƏFİRLİYİ XARİCİ İŞLƏR NAZİRLİYİNƏ NOTA TƏQDİM EDİB

Gunaz.tv
Tehrandan gələn nota da durumu aydınlaşırmır İranın Azərbaycandakı səfiri Məmmədbağır Bəhraminin ölkəni tərk etməsi ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinə nota daxil olub. Bunu “Media forum” saytına nazirliyin sözçüsü Elxan Poluxov deyib. O bildirib ki, bu cür notalar dövri nota sayılır: “Orda sadəcə bildirilir ki, səfir ölkəni filan vaxtdan tərk edir və onu həmin vaxtdan filankəs əvəz edir. Ayrı bir məlumat göstərilmir”. “Media forum”un “Belə bir vəziyyətdə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənovun Bakıya çağrılması gündəmdədirmi” sualına cavab olaraq E.Poluxov bildirib ki, gündəmdə bu cür məsələ yoxdur: “Burda nəsə baş vermir ki, bizim səfir geri çağrılsın”. Xatırladaq ki, İranın yeni təyin edilmiş səfirinin Tehrana qayıtmasının İsrail prezidenti Şimon Peresin Bakıya səfəri ilə bağlı olduğu barədə mətbuatda yazılar gedib. Ancaq nə Azərbaycan tərəfi, nə də İran tərəfi mövzzuyla bağlı birmənalı və açıq mülahizə bildirmirlər, diplomatik tonda danışmağı üstün tuturlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar