SON XƏBƏRLƏR

MEHDİ KƏRRUBİ iranın yeni hökümətini qanuni hesab etmir

2021.10.20, 07:36
MEHDİ KƏRRUBİ iranın yeni hökümətini qanuni hesab etmir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidentliyinə namizəd olmuş Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi bəyanat yayaraq 12 iyun seçkisinin qalibi elan edilmiş Mahmud Əhmədinejadın yeni hökumətini qanuni saymadığını deyib. Konstitusiyaya Nəzarət Şurasının rəhbəri ayətullah Əhməd Cənnəti iyunun 29-da daxili işlər naziri Sadıq Məhsuliyə ünvanladığı məktubunda prezident seçkisinin nəticəsini təsdiqlədiyini və hazırkı prezident Mahmud Əhmədinejadın gələn dörd ildə də prezident postunda qalacağını bildirib. bəyanatda deyilir: “Hökumət, Konstitusiyaya Nəzarət Şurası və digər qurumların istər seçkidən əvvəl, istər də seçkidən sonrakı hərəkətini, seçki prosesinə açıq-aşkar müdaxiləsini və səslərin üzdəniraq yenidən sayılması şousunu nəzərə alaraq mən indi iş başına gələn hökuməti qanuni saymıram. Prezidentin andiçmə mərasiminə və bununla bağlı digər rəsmi tədbirlərə qatılmayacağam”. Seçki nəticəsinin ləğv edilməsi üçün əlindən gələni əsirgəmədiyini vurğulayan M.Kərrubi yalan və saxtakarlıq əsasında qurulacaq yeni hökumətə qarşı mübarizəni davam etdirəcəyini bildirib və dinc əhaliyə qarşı zorakılıqdan danışıb: “Onlar silah və dəyənəklə xalqın canına düşdülər, evlərə hücum çəkdilər. Tələbə yataqxanaları əvvəlcədən təşkilatlandırılmış mülki geyimli quldur şəxslərin basqınına məruz qaldı. Vətəndaşlara atəş açdılar. Yüzlərlə vətəndaşı evlərdə və küçələrdə tutub ölənə qədər döyüb təhqir etdilər, həbsə saldılar, min bir çirkin əməllə məşğul oldular”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar