SON XƏBƏRLƏR

ETTELAAT 4 milli fəali həbs edibdir

2021.10.20, 07:36
ETTELAAT 4 milli fəali həbs edibdir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, ETTELAAT əməkdaşlarının Zəncanda 4 azərbaycanlı siyasi fəalı həbs etdiyi barədə məlumat yayılıb. Fəallar iyunun 20-24-ü aralığında tutulsalar da, xəbəri indi çıxıb. Zəncan ETTELAAT idarəsinin əməkdaşları 10 gün əvvəl gecə siyasi fəal Əhəd Rzayinin evinə gedərək onu və qonaqları olan digər siyasi fəallar Calal Bəhrami və Sadıq Rəsulini bilinməz istiqamətə aparıblar. Digər siyasi fəal Əsğər Bazərqani isə iyunun 24-də həbs edilib. Zəncanlı siyasi fəalların həbsi Mirhüseyn Musəvi tərəfdarlarının prezident seçkisindəki saxtakarlıqlara qarşı Tehranda və digər şəhərlərdə keçirdiyi etiraz aksiyaları ilə əlaqələndirilir. Həbsə salınan fəalların hazırda harada saxlanması və onlara qarşı irəli sürülən ittihamlar barədə hər hansı bir məlumat yoxdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar