SON XƏBƏRLƏR

İranın mövqeyi düşmən yanaşmadır

2021.10.20, 07:36
İranın mövqeyi düşmən yanaşmadır

Gunaz.tv
Qüdrət Həsənquliyev: "Xalq, ölkənin aparıcı partiyaları Azərbaycanın İsraildə səfirliyinin açılmasını, əlaqələrin genişləndirilməsini, hərbi sahədə əməkdaşlığın inkişafını istəyir" İranın "Səhər" telekanalı İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə etiraz olaraq İİR-in Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhraminin Bakını tərk etdiyi barədə məlumat yayıb. Telekanalın yaydığı məlumatda İsrail dövləti ittiham olunur və bunu guya İran səfirinin "Şimon Peresin Bakıya dəvət olunmasından narazı qalan müsəlman Azərbaycan xalqı ilə həmrəyliyi" kimi təqdim edilir. "Səhər" telekanalı Bakının "sionistpərəst addımına" etiraz edən bir qrup vətəndaşın Ərdəbil vilayətində, Biləsuvar sərhəd keçid məntəqəsində Naxçıvana İrandan keçən yolun bağlanması təşəbbüsünü ortalığa atdığını da iddia edib. Ramiz Mikayıloğlu Telekanal Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənovun Tehrandan çıxarıla biləcəyi ehtimalını da irəli sürüb. "İnterfaks" qeyri-rəsmi mənbələrə istinadən xəbər verib ki, səfirin Tehrana çağırılmasında məqsəd İsrail prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfər etməsilə bağlı məsləhətləşmələr aparmaqdır. Əslində işğalçı Ermənistana həm müharibə dövründə, həm də indi hərtərəfli dəstək verən, əli Azərbaycan xalqının qanına batmış Serj Sərkisyanı Tehranda öpməklə qarşılayan fars-molla rejiminin Azərbaycanın İsraillə münasibətlərinə hər hansı formada etiraz bildirməyə nəinki hüquqi, heç mənəvi haqqı da yoxdur. Dünən Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən sonuncu növbədənkənar iclasında cari məsələlər üçün ayrılmış vaxtda BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bu məsələyə münasibətini bildirdi. BAXCP sədri dedi ki, İran kütləvi informasiya vasitələri belə məlumat yayıblar ki, guya Azərbaycan xalqı İsrail prezidenti Şimon Peresin Bakıya səfərinə etiraz edib: "Guya İran hökuməti də Azərbaycan xalqıyla öz həmrəyliyini nümayiş etdirmək üçün öz səfirini geri çağırıb. Azərbaycan iqtidarı İranla dostluq siyasəti aparır. Əslində İranın son yanaşması dost yanaşması deyil, məsələlərə bir düşmən dövlətin yanaşmasıdır". Millət vəkili 5-6 nəfər xarici ölkələrdən maliyələşən QHT və partiya təmsilçiləri istisnayla, Azərbaycan xalqının mütləq əksəriyyətinin İsrail prezidenti Şimon Peresin Bakı səfərini yüksək dəyərləndirdiyini vurğuladı. Əslində xalq, ölkənin aparıcı partiyaları Azərbaycanın İsraildə səfirliyinin açılmasını, əlaqələrin genişləndirilməsini, hərbi sahədə əməkdaşlığın inkişafını istəyir. Bu tip məsələlərə millət vəkilləri, siyasətçilər də biganə qalmamalı, kəskin etirazlarını bildirməlidirlər: "Milli Məclisin Beynəlxalq əlaqələr komitəsi bu məsələni araşdırsın. Həqiqətən İran səfiri geri çağrılıbmı? Mən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin təmsilçisinin açıqlamasından bunu dəqiqləşdirə bilmədim. O deyir ki, hansı yolla gəlibsə, o yolla qayıtmaq səfirin öz işidir. Bəlli olmur ki, səfir ölkəni tərk edib, yoxsa yox. Əgər səfir ölkəni bu motivlərlə tərk edibsə, biz ona öz kəskin etirazımızı bildirməliyik. Guya onlar Azərbaycan səfirini İrandan çıxarmağa çalışırlar. Milli Məclisin müvafiq komitəsi buna öz kəskin etirazını bildirməlidir".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar