SON XƏBƏRLƏR

iran adlanan yer bütün etirazlara baxmayaraq özü istədiyini etdi və seçki prossesini bağlı elan elədi

2021.10.20, 07:36
iran adlanan yer bütün etirazlara baxmayaraq özü istədiyini etdi və seçki prossesini bağlı elan elədi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran Konstitusiyasına Nəzarət Şurası iyunun 12-də keçirilən prezident seçkilərin nəticələrinə yenidən baxılması məsələsinin başa çatdığını elan edib. GÜNAZ.TVnin, “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, şuranın rəsmi nümayəndəsi Abbasəli Kadhodai bildirib ki, iyunun 29-da elan olunan yekun nəticələrə bir daha baxılmayacaq. Xatırladaq ki, Nəzarət Şurası iyunun 29-da seçki bülletenlərinin 10 faizinin yenidən sayılmasından sonra Mahmud Əhmədinejadın qələbə çaldığını təsdiq edib. Kadhodainin sözlərinə görə, bundan sonra müxalifətin nəticələrlə bağlı etirazları qəbul edilməyəcək. O, Şuranın bununla bağlı yekdilliklə qərar qəbul etdiyini vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar