SON XƏBƏRLƏR

AZƏRBAYCANLI MİLLİ FƏAL ƏLİ BİKƏSdən XƏBƏR YOXDUR

2021.10.20, 07:36
AZƏRBAYCANLI MİLLİ FƏAL ƏLİ BİKƏSdən XƏBƏR YOXDUR

Gunaz.tv
Əli Bikəs GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İki həftə əvvəl həbs edilən və Tehranın Evin həbsxanasına aparılan azərbaycanlı fəal Əli Bikəsdən xəbər yoxdur. Ə.Bikəs həbs ediləndən sonra yalnız bir dəfə ailə üzvlərinə zəng edərək Evin həbsxanasının 209-cu korpusunda olduğunu bildirib. Fəalın ailəsi öz vəkili ilə görüşməkdən məhrum edilən Ə.Bikəsin həbsxanada təzyiq və işgəncələrə məruz qaldığından şübhələnir. Ə.Bikəsin bu il iyunun 12-də İranda keçirilən prezident seçkisində əsas namizədlərdən olmuş Mirhüseyn Musəvinin Tehrandakı seçki qərargahında fəaliyyət göstərib. M.Musəvini dəstəkləyən keçmiş prezident Məhəmməd Xatəminin internetdə yayılmış bir videosüjetdə digər ruhanilərlə birlikdə azərbaycanlılara istehza etdiyini görəndən sonra Ə.Bikəs seçki qərargahındakı postundan istefa vermişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar