SON XƏBƏRLƏR

İran adlanan yerin Azərbaycandakı səfirliyi səfir Məhəmməd Bagir Bəhraminin Tehrana çağırıldığını təsdiqləyib

2021.10.20, 07:36
İran adlanan yerin Azərbaycandakı səfirliyi səfir Məhəmməd Bagir Bəhraminin Tehrana çağırıldığını təsdiqləyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran adlanan yerin Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhrami Tehrandadır. Bunu APA-ya İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Abbas İskəndəri bildirib. Diplomat səfirin hansı səbəbdən ölkəsində olduğunu açıqlamayıb. Xatırladaq ki, “İnterfax” agentliyi qeyri-rəsmi mənbələrə istindən Bəhraminin İsrail prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfəri ilə bağlı məsləhətləşmələr aparılması üçün Tehrana çağırıldığını yazıb. Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənovun İran XİN-ə dəvət olunub, Ş. Peresin səfərinə etiraz bildirilməsi ilə bağlı isə bu ölkənin Bakıdakı səfirliyində məlumat yoxdur. Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov isə APA-ya bildirib ki, Ş. Peresin Azərbaycana səfəri ilə bağlı nə XİN-ə, nə də Azərbaycanın Tehrandakı səfirliyinə İran tərəfindən rəsmi müraciət olub: “Səfirimiz İran XİN-ə dəvət olunsaydı, bizim bu barədə məlumatımız olardı”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar