SON XƏBƏRLƏR

NATO-Rusiya münasibətləri bərpa edildi

2021.10.20, 07:36
NATO-Rusiya münasibətləri bərpa edildi

Gunaz.tv
İyunun 27-də Yunanıstanın Korfu adasında keçirilən NATO-Rusiya Şurası iclasında tərəflər arasındakı münasibətlərin tam bərpası qərarlaşdırıldı. Xarici İşlər Nazirləri arasında qeyri-rəsmi formatda keçirilən toplantıdan sonra keçirilən mətbuat konfransında NATO Baş Katibi Yaap de Hoop Skeffer tərəflər arasında siyasi əməkdaşlığın bərpa edildilməsinin qərarlaşdırıldığını və hərbi əməkdaşlığın təkrar başlaması zərurətini vurquladı. Skeffer Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun iclasda Şuranın gələcək fəaliyyəti üçün təkliflər verdiyini bildirdi, ancaq bunların mahikyyətini açıqlamadı. Öz nöbvəsində Lavrov da Rusiyanın NATO ilə qarşılıqlı etimadın bərpa edilməsinə dair təşəbbüsləri dəstəklədiyini, ancak bu təşəbbüslərin konkret addımlarla gücləndirilməsinin vacibliyini qeyd etdi. Lavrov Korfudakı toplantıda bu istiqamətdə müxtəlif təkliflər etdiklərini və NATO ilə konkret əməkdaşlıqlar doğuracağını ümid etdiklərini açıqladı. Mətubat konfransında Rusiya və NATO arasında münasibətlərin pozulmasına səbəb olan Gürcüstan mövzusunda tərəflərin zidd mövqelərə malik olduğu bir daha ortaya konuldu. Skeffer NATO-nun Gürcüstanın ərazi bütövlüyünə dair mövqeyini dəyişmədiyini, ancaq bu məsələnin Rusiya ilə münasibətlərin inkişafında sədd kimi görmədiklərini bildirdi. Lavrov isə Rusiyanın Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıma qərararınin dəyişməyəcəyini bildirərək, yeni reallığın qəbul edilməsini istədi. Xatırladaq ki, Rusiya ilə NATO arasındakı münasibətlər 8 Avqust 2008-ci il tarixdə rəsmi Tiflisin Cənubi Osetiyaya müdaxiləsinə qarşı Rusiyanın Gürcüstana qarşı başlatdığı müharibə nəticəsində pozulmuşdu. Belə ki, Rusiyanın Gürcüstana müdaxiləsinə etiraz olaraq 2008-ci ilin Sentyabrında NATO Rusiya-NATO Şurasının fəaliyyətini birtərəfli qaydada dayandırmışdı. Rusiya isə buna NATO ilə ortaq proqramlarının fəaliyyətini dayandırmaqla cavab verdi. 5 Martda NATO Xarici İşlər Nazirlərinin Brüssel toplantısında Rusiya ilə fəaliyyətləri yenidən bərpa etmək haqqında qərar alındı. Ancaq 5 Mayda Brüsseldəki NATO nəzdindəki Rusiya diplomatik nümayəndəliyindən iki diplomatın “arzuolunmaz şəxs” kimi xaric edilməsi münasibətləri yenidən gərginləşdirdi. Rusiya NATO-nun addımına eyni şəkildə cavab verirkən, NATO-nun May sonunda Gürcüstanda keçirdiyi “Cooperative Lancer/Cooperative Longbow” təlimləri tərəflər arasındakı münasibətlərin daha da gərginləşməsinə səbəb oldu. Rusiya Xarici İşlər Naziri Lavrov NATO təlimlərinə etiraz olaraq May ayında Brüsseldə keçirilməsi nəzərdə tutulan NATO-Rusiya Şurası iclasında imtina etməkdən imtina etdi. Brusel toplantsı təxirə salınsa da da ABŞ-ın yeni prezidenti Barak Obamanın qlobal konseptində Rusiyaya verdiyi önəm və Əfqanistana verdiyi öncəliik NATO-Rusiya münasibətlərinin yenidən bərpasını şərtləndirmişdir. Bu çərçivədə NATO-nun bölgə təhlükəsizliyi üçün sadəcə Rusiya ilə deyil, eyni zamanda Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əməkdaşlıq perspektivi də önümüzədki dönəmdə önəm qazanmaqdadır.araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar