SON XƏBƏRLƏR

Sarkisyanın Sakaşvilini mükafatlandırması Rusiyanı qıcıqlandırıb

2021.10.20, 07:36
Sarkisyanın Sakaşvilini mükafatlandırması Rusiyanı qıcıqlandırıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarksiyanın gürcü həmkarı Mixail Saakaşvilini «Şərəf» ordeni ilə təltif etməsi Rusiyada böyük ajiotaj yaradıb. Bəzi rusiyalı ekspertlər hadisənin Moskva ilə Yerevan arasında gərginliyə səbəb olacağını düşünürlər. Serj Sarkisyanın gürcü həmkarını belə qiymətləndirməsi Rusiyanı əməlli-başlı qıcıqlandırıb. Hadisədən bir neçə gün keçsə də, Rusiya Dövlət Duması üzvlərinin sərt bəyanatlarının ardı-arası kəsilmir. Ən maraqlı açıqlama ilə parlamentin beynəlxalq məsələlər komissiyasının üzvü Valeri Boqomolov çıxış edib. «Adam su içdiyi quyuya tüpürməz. Nə vaxtsa həmin quyuya yenə ehtiyacı ola bilər» -deyən Boqomolov Ermənistanın bu addımını Rusiya üçün böyük təhqir kimi qiymətləndirib. «Mən Ermənistan prezidentinin bu addımını başa düşə bilmirəm. Əsl dost bunu etməz. Bu qonşuluq münasibətində həqiqətən gözlənilməz hərəkətdir». Bu fikirləri isə Dumanın MDB üzrə komitəsinin nümayəndəsi Vadim Qustov səsləndirib. Bir qrup deputat isə Rusiya ilə Ermənistanın yaxın gələcək üçün münsibətləri barədə proqnoz verməkdə çətinlik çəkib. Onlar hesab edir ki, Ermənistan böyük siyasi səhv edib. Özü də bilərəkdən, bu isə Yerevana baha başa gələcək». Əslində rusiyalı deputatların məsələyə sərt şəkildə reaksiyası başa düşüləndir. Çünki Rusiya qlobal maliyyə böhranına baxmayaraq indiyədək he vaxt Yerevana istər silah, istərsə də maliyyə yardımını kəsməyib. Belə olan halda, Ermənistan prezidentinin Saakaşviliyə yarınmasının səbəbi nədir? Gürcüstanın siyasi dairələrinin də gündəmində olan bu sualın ən düzgün cavabını da elə bu ölkənin ekspertləri verib. Sarkisyanın əsl erməniyə xas olan jest nümayiş etdirdiyini deyn gürcü ekspertlər rusiyalı depatatların narahatlığına əsas görmürlər. Onların fikrincə, rəsmi Yerevan hər zaman olduğu kimi, bu dəfə də qeyri-səmimilik nümayiş etdirir. Serj Sarkisyan Saakaşvilini «Şərəf» ordeni ilə təltif etməklə əslində ölkəsinin maraqlarını təmin etməyə çalışır. Maliyyə böhranı içində boğulan Ermənistan ilk növbədə Yuxarı-Lars keçid məntəqəsinin fəaliyyətinin bərpasına çalışır. Digər tərəfdən isə Cavaxetiyaya iddialarını reallaşdırılmaq istiqamətində kiçik-kiçik addımlar atır. Cavax ermənilərinin hüquqlarının pozulduğunu iddia edən Yerevan orada erməni dilinin dövlət dili elan edilməsinə, həmçinin bu ərazilərə investisiya yatırılmasına, Ermənistanla sərhədlərdə ciddi yoxlamaların aradan qaldırılmasına çalışır. Qısası, Sarksiyanın bu canfəşanlığının kökündə əsl erməni xisləti dayanır. Amma ekspertlər Tibilsinin ucuz bir ordenin qarşılığında Yerevana güzəştə gedəcəyini innadırıcı saymırlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar