SON XƏBƏRLƏR

Mahmud Əhəmədinejat Təkrar sayılan prezident seçkilərinin nəticələri açıqlandı

2021.10.20, 07:36
Mahmud Əhəmədinejat Təkrar sayılan prezident seçkilərinin nəticələri açıqlandı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata əsasən, İranda keçirilən prezident seçkiləri vaxtı islahatçı namizəd Mir Hüseyn Musəvinin etirazları əsasında araşdırma aparan Konstitusiyanı Müdafiə şurası prezident Mahmud Əhəmədinejatın xeyrinə qərar çıxarıb. Səslərin yenidən sayılmasını başa çatdıran Şura Mahmud Əhəmədinejatın qələbə qazandığını təsdiqləyib. İran polisinin ölkədə iğtişaşlara təhriklə bağlı həbslər keçiməsi fonunda Böyük Səkkizlər bu ölkəyə qarşı sərt sanksiyalar tətbiq edə bilər. Prezident seçkilərində namizəd Mir Hüseyn Musəvinin səsvermənin və səslərin sayılmasının saxtalaşdırılması iddiasını araşdıran Iranın Konstitusiyanı Müdafiə Şurası yekun qərarı verdi. Şura səsvermənin münbit şəraitdə keçdiyini açıqlayaraq, Mahmud Əhmədinejatın qəti qələbə qazandığını təsdiqlədi. Şuranın baş katibi Ayətullazh Əhməd Cinnəti və daxili işlər naziri Sadiq Məhsul seçki ilə bağlı etiraz və şikayətlərin qanun çərçivəsində araşdırıldığını və nəticəyə təsir göstərəcək əhəmiyyətli pozuntuya rast gəlinmədiiyni diqqətə çatdırıb. Səslərin yenidən sayılmasından sonra məlum olub ki, prezident Mahmud Əhəmədinejat səsvermədə iştirak edən 39 milyon 165 min 191 seçicinin 24 milyon 527 min 516-nın, yəni 62,63%-nin dəstəiyni qazanıb. Mir Hüuseyn Musəvini dəstəkləyənlərin sayı 13 milyon 216 min 411, yəni 33,75%, Möhsün Rizaiyə səs verənlər 678 min 240, yəni 1,73%, Mehdi Kərrubinin dövlət başçısı olmasını istəyənlər isə 33 min 635, yəni 085% təşkil edib. Beləliklə də Mahmud Əhəmədinejatın İranın 10-cu prezidenti seçildiyi rəsmiləşdirilib. Bu arada İran polisi Tehran küçələrində iğtişaşlara təhrik edən silahlı təxzribatçıları həbs etdiiyni açıqlayıb. Bildirilir ki, bu şəxslər xüsusi polis forması geyinərək, nümayişçilərin arasına qarışıb və xaos yaradıb. Bu şəxslər əsasən Basic qruplaşmasının üzvləri olub. Açıqlamaya görə, İran polisi yalnız nümayişlərin yatırılması üsullarından istifadə etmək səlahiyyətinə malikdir. Onların vəğəndaşlara atəş açmağa və yaxud onlara zərər vuracaq addımdar atmağa ixtiyarları yoxdur. Prezident seçkisindən sonra başlayan nümayişlərlə bütün dünyanın diqqətini cəlb edən İrana qarşı Böyük Səkkizlər isə sanksiya tətbiq edə bilər. İtaliyanın Akvil şəhərində səkkizlərin iyulun 8-10-da keçiriləcək toplantısında bu məsələ müzakirəyə çıxarılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar