SON XƏBƏRLƏR

MEDVEDYEV BAKIYA GƏLDİ

2021.10.20, 07:36
MEDVEDYEV BAKIYA GƏLDİ

Gunaz.tv
Səfər zamanı iki ölkə arasında ticari-iqtisadi, yanacaq-energetika sahəsində əlaqələr müzakirə olunacaq Bu gün Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycana işgüzar səfərə gəlib. "RİA Novosti" agentliyinin məluamtına görə, səfər zamanı iki ölkə arasında ticari-iqtisadi, yanacaq-energetika sahəsində əlaqələr müzakirə olunacaq. Kremldəki mənbə, agentliyə bildirib ki, Dmitri Medvedyev və İlham Əliyev arasında danışıqlarda əsas diqqət ticari-iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi, o cümlədən, qlobal maliyyə böhranı şəraitində effektli qarşılıqlı əlaqədər olacaq. Mənbənin verdiyi məlumata görə, 2008-ci ildə ölkələrimiz arasında mal dövriyyəsi 2,4 milyard dollar olub. 2009-cu ilin ilk rübündə isə bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 16,9 faiz azalıb. Kreml nümayəndəsi iki ölkə arasında qarşılıqlı əlaqələrin əsas sahələrindən birinin yanacaq-energetika kompleksi olduğunu bildirib. Onun sözlərinə görə, Dmitri Medvedyevin səfəri zamanı qaz sahəsində konkret layihələr və perspektivlər müzakirə ediləcək. Bundan başqa, regionlararası əlaqələr və mədəniyyət-humanitar əməkdaşlığın inkişafı da diqqət mərkəzində olacaq: “Təkcə bu il bir sıra əlamətdar hadisələr baş verib. Lomonosov adına Moskva Dövlət Universtitetinin Bakı filialı açılıb, Yekaterinburq Opera və Balet Teatrında “Məhəbbət və ölüm” Azərbaycan baleti səhnəyə qoyulub." Kremldəki mənbə onu da bildirib ki, Dmitri Medvedev və İlham Əliyev arasında görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını yolları müzakirə olunacaq. Bundan başqa, gündəlikdə Bakıda keçiriləcək üçüncü Xəzər sammiti kontekstində Xəzər mövzusu da var. Qeyd edək ki, bu, Medvedyevin Rusiya prezidenti seçildikdən sonra Azərbaycana artıq ikinci səfəridir. 2008-ci il iyulun əvvəlində Medvedyev Bakıda rəsmi səfərdə olub.ANSPRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar