SON XƏBƏRLƏR

KEÇMİŞ SƏFİRDƏN SENSASİON AÇIQLAMA : İran Azərbaycanda İslam inqilabına zəmin hazırlayır

2021.10.20, 07:36
KEÇMİŞ SƏFİRDƏN SENSASİON AÇIQLAMA : İran Azərbaycanda İslam inqilabına zəmin hazırlayır

Gunaz.tv
«İran adlanan yerin Azərbaycandakı bəzi cəmiyyətləri İslam inqilabına zəmin hazırlayır». Bunu «Azadlıq» radiosunun «Panorama» verilişində Azərbaycanın İrandakı keçmiş səfiri Əliyar Səfərli deyib. Onun fikrincə, «İmdad», «Əlhudə» cəmiyyətlərinin Azərbaycandakı fəaliyyətinin araşdırılmasına ehtiyac var: «İranın bəzi cəmiyyətləri Bakıda və əyalətlərdə xeyriyyə adı altında İslam inqilabına zəmin hazırlayırlar. Onlar yoxsul insanlara yağ, püstə paylayıb şüurları dəyişməyə çalışırlar. Nədən Azərbaycan bütün bunlara göz yumur?» Ə.Səfərlinin sözlərinə görə, İranın Azərbaycan-İsrail yaxınlaşmasından qısqanclıq keçirməsinə əhəmiyyət verilməməlidir. Keçmiş səfir düşünür ki, İran Ermənistana yardımlar etməsəydi, Ermənistan Qarabağ savaşında ciddi üstünlük əldə edə bilməzdi: «Mən səfir olanda gözümlə görmüşəm. Bir günün içində İran Ermənistana Xudafərin körpüsü vasitəsilə düz 47 maşın yardım apardı. Həm ərzaq, həm silah-sursat gedirdi. Əhmədinejad Ərdəbilə rəhbərlik edəndə Ermənistanla ticarətin artmasına çalışırdı. Azərbaycanlı tacirlərə deyirdi ki, Ermənistanla əlaqə qurun. Ermənilərin İranda 35 orta məktəbi, 2 universitetdə filialları var. Azərbaycanlılar isə ana dillərində danışa bilmirlər. Hətta İrandan azərbaycanlıları Ermənistana təhsil almağa göndərirlər. Bu, faciədir...»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar