SON XƏBƏRLƏR

İran adlanan yerdə səslərin yenidən sayılmasına başlanıldı

2021.10.20, 07:36
İran adlanan yerdə səslərin yenidən sayılmasına başlanıldı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin (www.lent.az)a istinadən yaydığı məlumata görə, İran Konstitusiyasına Nəzarət Şurası prezident seçkiləri zamanı verilən səslərin 10 faizinin yenidən sayılması prosesinə başlayıb. prezidentliyə namizədlərin nümayəndələri səslərin yenidən sayılması prosesində iştirak etmirlər. Xatırladaq ki, səslərin yenidən sayılması barədə qərar ötən həftə qəbul edilib. Nəzarət Şurası daxil olan şikayətləri araşdırdıqdan sonra təsadüfi yolla seçilən 10 faiz səsin yenidən sayılmasına qərar verib. Müxalifətdən olan prezidentliyə namizədlər isə bu addımın problemi həll etməyəcəyini bildirərək nəticələrin ümumiyyətlə ləğv olunmasını və təkrar seçkilər keçirilməsini tələb edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar