SON XƏBƏRLƏR

İran adlanan yerdə gərginlik davam edir

2021.10.20, 07:36
İran adlanan yerdə gərginlik davam edir

Gunaz.tv
Ciddi təhlükəsizlik tədbirlərinə baxmayaraq, İranda müxalifət tərəfdarları etiraz aksiyası keçirməyə cəhd edr. Növbəti belə nümayişin qarşısı polis tərəfindən alınıb. Üç minə yaxın nümayişçi paytaxt Tehrandakı məscidlərdən birinin qarşısına toplaşıb. Seçkilərin nəticələrinə etiraz edən müxalifətçilər polisin sərt rəftarıyla üzləşib. Asayiş keşikçiləri qanunsuz nümayişi dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Gərginlik zamanı bir neçə etirazçının xəsarət aldığı bildirilib. İranın təhlükəsizlik naziri Qulamhüseyn Möhseni Ejeyi səsvermə prosesində nəticəyə təsir edə biləcək ciddi qanun pozuntularının baş vermədiyini bəyan edib. O, saxtakarlıq iddiaları irəli sürən qərbin məqsədinin İranda gərginlik yaratmaq olduğunu bildirib. Qərb diplomatları isə rəsmi Tehranın bu ittihamlarını rədd edir. İran Təhlükəsizlik nazirliyiin məlumatına görə, ötən gün həbs edilmiş Böyük Britaniya səfirliyinin iranlı əməkdaşlarının bəziləri azad olunub. Onlar müxalifətlə əlaqəli olmaqda şübhəli bilinərək, həbs edilmişdi. Rəsmi məlumata görə, İranda iki həftədir davam edən gərginlikdə 17 nümayişçi və 8 polis həyatını itirib. Həmçinin 2 min nəfərin həbs olunduğu və yüzlərlə adamın itkin düşməsi barədə xəbərlər gəzir. Həbs olunanlar arasında 20 əcnəbi jurnalist də var. Xarici jurnalistlərə nümayişlərlə bağlı çəkiliş qadağan edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar