SON XƏBƏRLƏR

Musəvi səslərin yenidən sayılmasından imtina etdi

2021.10.20, 07:36
Musəvi səslərin yenidən sayılmasından imtina etdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin (lent.az)a istinadən yaydığı məlumata görə, İran müxalifətinin lideri Mirhüseyn Musəvi prezident seçkiləri zamanı verilən səslərin 10 faizinin sayılması təklifini rədd edib. Musəvi bunun problemləri həll etməyəcəyini vurğulayıb. Prezidentliyə namizəd Konstitusiyaya Nəzarət Şurasını ədalətsiz qiymətləndirmədə ittiham edib: “Belə bir qərar seçkilərdəki qanun pozuntularını ortadan qaldırmayacaq. Nəticələrin tam ləğvindən savayı çıxış yolu yoxdur”. Qeyd edək ki, müxalifətin digər namizədi Mehdi Kərrubi də səslərin qismən yenidən sayılması təklifini rədd edib. Bu barədə o, internet saytında bəyanatla çıxış edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar