SON XƏBƏRLƏR

“SƏHƏR” TELEKANALI: İRAN SƏFİRİ BAKINI TƏRK EDİB

2021.10.20, 07:36
“SƏHƏR” TELEKANALI: İRAN SƏFİRİ BAKINI TƏRK EDİB

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə İranın “Səhər” telekanalının internet səhifəsi İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə etiraz olaraq İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məmmədbağır Bəhraminin Bakını tərk etdiyi barədə məlumat yayıb. Məlumatda İsrail dövləti ittiham olunur və M.Bəhraminin Bakını tərk etməsi İran səfirinin “Ş.Peresin Bakıya dəvət olunmasından narazı qalan müsəlman Azərbaycan xalqı ilə həmrəyliyi” kimi də təqdim edilir. Telekanalın internet səhifəsi “Bakının sionistpərəst addımına etiraz edən bir qrup vətəndaşın” Ərdəbil vilayətində, Biləsuvar sərhəd keçid məntəsində Naxçıvana İrandan keçən yolun bağlanması təşəbbüsünü ortalığa atdığını da xəbər verir. M.Bəhrami Bakıda səfir kimi fəaliyyətə bu il başlayıb. Azərbaycan prezidenti onun etimadnaməsini mayın 18-də qəbul edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar