SON XƏBƏRLƏR

İslam Partiyasının sədri həbs edildi

2021.10.20, 07:36
İslam Partiyasının sədri həbs edildi

Gunaz.tv
Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov bu gün həbs olunub. GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, hadisə təxminən yarım saat əvvəl İsrail prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfərinə etiraz olaraq Xarici İşlər Nazirliyi qarşısında keçirilən piket zamanı baş verib. Aksiya zamanı polis tərəfindən iştirakçılara təzyiq olunduğu və bu səbəbdən Hacı Mövsüm Səmədovun polisə müqavimət göstərdiyi bildirilir. Nəticədə AİP sədri və daha 9 nəfər aksiya iştirakçısı həbs edilərək Yasamal rayon Polis İdarəsinin 26-cı bölməsinə aparılıb. Xatırladaq ki, aksiyada Azərbaycan Ziyalılar Birliyi, Azərbaycan Birlik Təşkilatı və Fəzilət Partiyasının üzvləri də iştirak edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar