SON XƏBƏRLƏR

Almaniyada İran konsulluğu qarşısında etiraz aksiyası keçirilib

2021.10.20, 07:36
Almaniyada İran konsulluğu qarşısında etiraz aksiyası keçirilib

Gunaz.tv
"Biz 30 ildən sonra ölkəmiz üçün azadlıq və sülh istəyirik" Almaniyanın Hamburq şəhərində minlərlə insan İran konsulluğu qarşısında toplaşaraq 12 iyun seçkilərinə və Mahmud Əhmədinejatın qalib gəlməsinə qarşı öz etirazlarını bildiriblər. Etirazçıların kiçik bir qrupu Əhmədinejatın yenidən prezident seçilməsinə etiraz əlaməti olaraq bir sıra şüarlar səsləndirib və müxalifət nümayəndələrinin İranda keçirdiyi aksiyaların zorakılıqlarla yatırılmasını dayandırmağa çağırıblar. Əksəriyyəti iranlı mühacirlərdən ibarət olan nümayişçilər etirazlarını əllərində yaşıl lentlər və İranda aksiya zamanı xəsarət alanların şəkillərini tutmaqla bildiriblər. Nümayişçilərdən biri, Hamburqdakı İran icmasının nümayəndəsi Zöhrə Mahuçityanın sözlərinə görə, indi onlar üçün əsas məsələ İranda sülhün bərpa edilməsidir. Z.Mahuçityan "biz nə Musəvini, nə Xamneyini, nə də Əhmədinecatı istəyirik. Biz 30 ildən sonra ölkəmiz üçün azadlıq və sülh istəyirik" deyə bildirib. Nümayiş iştirakçıları bir həftə əvvəl Tehranda aksiyalar zamanı qətlə yetirilmiş 27 yaşlı Neda Ağa Soltan adlı gəncin də xatirəsini anıblar./ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar