SON XƏBƏRLƏR

Mahmud Əhmədinejad ABŞ-ı yenidən tənqid edib

2021.10.20, 07:36
Mahmud Əhmədinejad ABŞ-ı yenidən tənqid edib

Gunaz.tv
27/06/2009Iranian President Mahmoud Ahmadinejad, Tehran, 27 Jun 2009 (Image issued by Iranian Students News Agency)İran prezidenti Mahmud Əhmədinejad, Tehran, 27 İyun 2009 İran prezidenti Mahmud Əhmədinejad ABŞ prezidenti Barak Obamanı yenidən tənqid edərək Birləşmiş Ştatların İranın daxili işlərinə qarışdığını deyib. Rəsmi İRNA xəbər agentliyi bu gün İran liderinə istinadən bildirib ki, cənab Obama dəyişikliklər haqda danışır, ancaq İran dövlətçiliyinə müdaxiləni davam etdirir. Dünən prezident Obama İranda nümayişçilərə qarşı seçkisonrası zorakılıqları qəbulolunmaz adlandırıb. O, habelə deyib ki, son hadisələr İranla birbaşa dialoqa və diplomatiyaya təsir edəcək. Rəsmilər deyir ki, iyunun 12-də prezident seçkilərindən bəri zorakılıqlar zamanı 17 nəfər həlak olub. Ancaq şahidlər bu rəqəmin daha çox olduğunu bildirir.VOA

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar