SON XƏBƏRLƏR

seçkilərdə pozuntu olmayıb

2021.10.20, 07:36
seçkilərdə pozuntu olmayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat şurasının əldə etdiyi məlumata əsasən, Keşikçilər Şurasının sözçüsü Əli Abbas Kədxodaye İranda Keşikçilər Şurasının sözçüsü bəyan edib ki, iyunun 12-ndə keçirilən prezident seçkilərində saxtakralıqlar olmayıb və Mahmud Əhmədinecad prezident vəzifəsinə həqiqi seçilib. Keşikçilər Şurası sözçüsünün bu qeydləri seçkilərə nəzarət etmək səlahiyyətlərinə malik bu qurumun seçkilərin nəticələrinə dair şikayətlərə cavab olaraq yekun rəy verməsinə iki gün qalmış səslənir. BBC-nin Tehrandakı müxbiri deyir ki, bu bəyanat bir daha göstərir ki, bazar günü elan ediləcək yekun qərar formal məna daşıyacaq. Keşikçilər Şurasının sözçüsü deyib ki, hər hansı ciddi pozuntu aşkarlanmayıb və bu seçkilər İranda bu vaxta qədər keçirilən seçkilərdən ən təmiz keçirilən seçki olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar