SON XƏBƏRLƏR

Amnesty Internationalın iran üzrə məsulu GUNAZ.TVdə: iranda qorxu, vəhşilik və zorakılığa son qoyulmalıdır

2021.10.20, 07:36
Amnesty Internationalın iran üzrə məsulu GUNAZ.TVdə: iranda qorxu, vəhşilik və zorakılığa son qoyulmalıdır

Gunaz.tv
İranda iyun ayinnin 12de keçirilmiş prezident seçkilərində, müxtəlif mənbələrin məlumatına görə seçicilərin verdiyi səs gobud şəkildə saxtalaşdırılmışdır. Seçicilər , seçki nəticəsi onların iradəsini eks etdirmədiyini səbəb gətirərək, seçkinin nəticəsi ləğv olsun deye, dinc şəkildə kütləvi aksiyalara başladılar. Günümüzə qədər səngimək bilməyən kütləvi aksiyalar, əsasən əslən Azərbaycan türkü olan “Mir Hüseyn Husəvi”nin tərəfdarları tərəfindən hayata keçirilir. Ancaq İran hakimiyəti sözü gedən dinc aksiyaları, Tehranla yanaşi digər böyük şəhərlərdədə odlu silahla boğmağa çalışır. Elə bu zəmində sayın ƏHMƏD OBALI, Amnesty International (Beynalxalq Əf Təşkilat)nın İran üzrə məsulu cənab Drewery Dykelə GUNAZ.TVdə intervyu götürübdür.(26.06.2009) əhməd obalı: salam cənab brewery dyke. Bildiyiniz kimi son günlərdə iranda gərgin günlər yaşanır. Keçirilən aksiyalarda çoxlu tutulanlar, yaralananlar və hətta ölənlər var. Şübhəsiz ki bu haqda sizə mümkün qədər geniş məlumat çatdırılıbdır. Bilmək istərdik sizdə olan məlumata görə tehranda və başqa şəhərlərdə yaralananlar, tutulanlar və eləcədə hayatını itirən aksiyaçıların sayı nədən ibarətdir? brewery dyke: məndə sizə və dinləyicilərə salamımı çatdırıram. İran əhalisi çətin günlər yaşamaqdadır. əlbətdə bizdə başqa insan haqları müdafiəçiləri kimi bu problemdə yardımçı olmağa şalışırıq. Qeyd etmək lazımdır ki irandan məlumat almaq çox məhduddur. Biz öz dostlarımız və tanıdıqlarımızla həm tehranda və həmdə şəhristanda irtibat qurmaq üçün çətinlik çəkirik sadəcə SKYP kimi vəya buna oxşar imkanlarla əlaqə saxlaya bilirik. Bizə verilən məlumata görə 300 nəfərin tutulmasından xəbərimiz vardır. Hətta adları və tutulan yerləridə bəllidir. Ancaq onların buraxılıb vəya saxlanımasılə bağlı məlumatımız yoxdur. Ölənlərə gəlincə qeyd etməliyəm ki ölənlərin sayı artmaqdadır. bu günə qədər rəsmi tehram 13 nəfərin ölməsini təsdiqləyibdir. Biz isə hələ ki 15 nəfərin ölümünü nisbətən dəqiq mənbələrə görə müəyyənləşdirmişik. Ölənlərin ikisi Urmiyə şəhərinə aiddir. Yaralıların sayısını demək ise çox çətindir xəstəxanalardan dəvamlı gələn məlumatlara görə qerar vermişik ki hələlik bu siyahini dəqiqləşdirənə qədər müəyyənləşdirməyək. Aksiyaların şiddətini nəzərə alsaq tutulanların və müxtlif şəkildə ziyan görənlərin sayısı yəqin ki artıbdır. _iran hakimiyəti aksiyalarda tutulanların məhkəməsi üçün xususi məhkəmə yaratmaqdadir. Böyük ehtimalla çox sərtliyilə tanınan ağaye Murtəzəvi bu məhkəmənin sədrliyinin elə alacaqdır. Məlumatlar var ki tutulanlara şikəncə verirlər ki xarici quvvələrə bağlı olduqlarına etiraf etsinlər. Bütün bunları nəzərə alaraq siz bu prossesdən nələr gözləyirsiniz? _təbii ki biz nigaranıq. Uzun illərdir iranın idarə sistemində xususilə inqilab məhkəmələrində insan hüqüqü pozuntusu və ədalətsizlik jiddi məsələdir. Məsələn bir müttəhim , resmi olaraq ittihamı irəli sürülənə qədər vəkil tutma hüqüqü yoxdur. Demək ki EVİNdə vəya başqa bir zindanda saxlanılan şəxsin saxlanma müddətini, dadistan (hakim) istədiyi qədər uzada bilər. bu hüqüqda böyük qüsurdur. Həmçnin qeyd etməliyəm ki tutulanlarla bağlı yaradilacaq xususi məhkəmənin uzun bir hüquqi sürəcə o cümlədən meclisin müzakirəsinə və özəl hüquqi komissiyona ehtiyacı vardır. Yeni bu bir uzun sürəcdir. Bizdə məlumat var ki bir ailə üzvləri güvənlik gücləri tərəfindən saxlanılan bir yaxunlarını görmək üçün inqilab məhkəməsinə müraciət edirlər ancaq onlara deyilir ki bu mümkün deyil. 2 ay sonra yenidən müraciət edərsiniz. Bu çox qəbul olunmaz faktdır və beynalxaq hüquq meyarlarına ziddir. Məsələn Amerika , Kanada , Böyük biritanya və başqa ölkələrdə (qeyd edim ki iran istisna olmaqla) bir kəs bir suç işləyibsə dövlət onu tutub və muhakimə edə bilər ancaq o şəxs muhakimə olub və məhkum olunmayana qədər məsum sayılır və onu bir günahsız kimi görmək lazımdır. Bütün normal ölkələrdə belədir. Elbətdə Qeyd etdiyim kimi İran bu məsələdə ististadır. _cənab Drewery Dyke keçən cümə namazında Ayətullah Xamneyi dedilər ki əhali aksiyalardan əl götürməlidirlər və əgər aksiyalar dəvam edərsə məsuliyət aksiyalara dəvət edənlərin boynuna düşür. Bu o demək dir ki aksiyaya çıxanları vuracayıq deyir və bununda məsuliyətini qarşı tərəfin üzərinə qoyur. Bu günkü cümə namazında ise ağaye xatəmi( bu xatəmi reformist xatəmi deyil) deyib ki aklsiya iştirakçılarının məhkəmə işində rəhmsizcəsinə qərar verilməlidir. Yəni birisi öldürmək hökmü oxuyur o birisisə rehmsizcə muhakimə edilməlidirlər deyir hətta edama qədər... _rəhmli_rəhmsiz ne deməkdir!!! Qanun var. Bu deyimlər təmamilə insan hüququ normalarına ziddir. Məncə bu o deməkdir ki dövlət öz vəzifəsindən boyun qaçırır. Çün ki necə ola bilər ki dövlət cəmiyətin təhlükəsizlik vəzifəsini baçqasının üzərinə qoysun!!! Bu vəzifə birinci növbədə dövlətin vəzifəsidir. əlbətdə ki dövlət aksiyalara nəzarət edə bilər, kontrol etmək üçün tədbirdə görə bilər ama hamısı hüquq və beynalxaq meyarlar çərçüvəsində olmalıdır. _ayətullah xamneyini cümə namazından sonra keçirdiyimiz bir həftədə iran silahlı quvvələr xüsüsilə bəsiclər xususi fəalliğa keçiblər. Biz televizyondada bu səhnələri göstərdik. Bəsiclər rəhm etmədən insanların evinə belə təcavuz edirlər, maqazinlərin şüşələrini qırırlar. Qarşılarına keçənləri elektriki batumlarla vurub və yaxalayırlar. Siz bir insan haqları ququmu kimi bu haqda nə diyərdiniz? Bəsicilərin məsuliyəti bəs kimlədir. _bəsiclə bağlı vəziyət heç yaxşı deyil. əldə olunan video təsvirlərdə dəhshətlidir. Bizim isə bu məsələyə munasibətimiz çox aydındır. Biz istəyirik ki dinc aksiyalar bu şəkildə boğulmasın. Bəsiclər dövlət tərəfindən , pul qarşılığında bu aksiyaların susdurmasına könullu şəkildə təşəbbüs göstərən bir qrup kimi tanınırlar. Hətta rəsmi yoniformalarıda yoxdur. Bəsiclərin bu şəkildə müdaxiləsi dərhal durdurulmalıdır. _tehran universitetində silahli qüvvələrin müdaxiləsilə bağlı məlumatlar barədə nə diyərdiniz, elcədə şiraz universiteti və urumiyə... _təssuflə bu faktda yenədə bir radikal zorakılıq faktıdır. Sanki polis yuxarıdan xususi fərman alibdır ki tələbələrin nəyi varsa vurub qırsın və tələbə yataqxanasını viran qoysun. İran dövlətinə bu sual var ki əcaba sizin belə hüququnuz varmi kiminsə əmvalını vurub qirmağa... _yeri gəlmişkən biz filminidə yaydiq. Tehran universitetinin tələbələrinə olan zorakılıqla bağlı, ikisidə çox ağır şəkildə yaralanmışdır... _bəziləri deyillər ki 5 nəfərdə olmuşdu... _bəli... . Bildiyiniz kimi tehrandan başqa şəhrestanlardada anoloji faktlar var. Xususilə o yerlərdəki hakimiyətın hazırlığı varıydı, o cümlədən Azərbaycan bölgəsində ağır şəkildə özünü göstərdi. İki tanınmış milli kimlik tələbi uğrunda mübarizə aparan, universitet ustadı Əlirza Fərşi və Sima Bidarın tutulmasılə bağlı sizin fəaliyətiniz nədən ibarət ola bilər? bu haqda sizdən nə gözləyə bilərik? _seçki qalmaqalından başqa iranda kimlik tələbilə mübarizə edənlərdə var. Onların ana dili ilk və orta məktəblərdə , rəsmi və qeyr rəsmi sahələrdə işlənilməsində məhdudiyətlər var. Bu milli kimlik uğrunda mübarizə edənlər həm Azərbaycanda var həmdə kürdlər, türkməınlər və ərəblər içində . bunun Azərbaycanda zəmini genişdir. əgər amansızcasına milli kimliklərin inkişafına məhdudiyət qoyulursa, dil qadağan olursa, onda Elirza Fərşi və Sima xanim kimilərin buna qarşı çıxmasından heyrətlənmək lazım deyil. Milli kimlik baxımından və söz azadlığı nökteye nəzərindən iranın durumu heç yaxşı deyil. Təbrizin və Azərbaycanın başqa yerlərinin vəziyəti bunu göstərir. Milli kimlik uğrunda tutulmuş fəalların hüquqlarıda aydındır. Onların vəkil tutma hüququ olmalıdır, ailələrilə görüşə bilməlidilər, ehtiyac varsa həkim xidmətindən faydalanmalıdırlar və ... _cənab brewery dyke iran hakmiyətinin öz çıxışlarına görədə artıq hakimiyət ikiyə bölünməkdədir. Ağaye Mir Hüseyn Musəvi iranda olub bitənləri “faciəllər və cinayətlər” kimi dəyərləndirib. Iran hakimiyətisə nə ağaye Musəvini, nə beynalxaq meyarları, nə “beynalxaq əf təşkilat”nı və nədə BMTni dinləyir. Gündən günədə vəziyət gərginləşir. Bəs sizin nə planınız var? Məsələn BMTye şikayət etmək kimi planınız varmı? _olabilsin ki iran haqqında ən muhum sual budur. Görəsən bu zorakılığı, bu əzab_əziyəti nə qədər iran əhalisinə çəkdirəcəklər?!!! Iranda zorakılıq içində, aksiyalarla , son dərəcə qəddarlıqla bir seçim yaşanır. Seçkilərin nəticəsini qəbul etdirmək üçün hər bir zorakılığa əl atılır. Kütləvi şəkildə insanlar yaxalanırlar. ağaye Əbtəhi, Əminzadə və Rəməzanzadə kimiləri saat 2də gecə yarısı yataqda belə tutulublar. Bunlar siyasi liderlərdirlər, bu yəni aksiyada iştirak etmiyən bir siyasi təbəqənin tutulması deməkdir . indi bu prosseslər haraya getdiyi sualının cavabını təssuf ki bizdə bilmirik.insanlar arasında bu qorxu, cinayət və zorakılığa son qoyulmalıdır. Iran əhalisi normal hayata dönməsi üçün bu vəhşilik,qorxulu və dehşətli kültürə son qoyulmalıdır. Mən irandan danışan adamın qorxusunu telefonda hiss edirdim, o çox qorxurdu. Hətta mən iranda olmayan halda məndə qorxurdum. Bu isə dehshətdir. _sizə təşəkkür edirəm. hər halda insan haqları tərəfdarı olan insanlar ölənlər, tutulanlar və yaralananlarla bağlı sənədli məlumatları sizə çatdırmağa çalıçarlar. əgər tamaşaçəlarımıza, sizinlə necə əlaqə saxlamaqla bağlı diyəcəyiniz varsa diyəbilərsiniz? _bizim artıq müəyyən email adressimiz var. Her an insan haqlari müdafiçiləri bizə məlumat göndərə bilərlər. Email adressimiz budur: [email protected]/* */ Iranla bağlı hər bir məlumatı bura göndərə bilərsiniz. _siz yəqin ki aldığınız məlumatlarda zərərçəkənlərin adına, soy adına, harda, necə və nə zaman kimi məlumatlara xüsüsi önəm verirsiniz... _düzdür. əgər məlumat göndərənlər siz qeyd etdiyiniz məqamları artırarlarsa onda məmnun olarıq. Onu çek edəbilərik. məsələn əgər birisi Urmiyədə vəya Sənəndəcdə zərər çəkib vəya gözyaşardıcı qaza düşübsə , biz onunla təmas tutabilərik, göz yaşardıcı qazın təsirindən danışabilərik. _sizə göndərilən məlumatlarda, məlumatı göndərənlərin kardinatı iranın əlinə düşməz yəqin eləmi? _biz iranın istisnayi vəziyətini nəzərə alaraq bir çox məsələni başa düşürük. Ona görədə məlumatı göndərən şəxs, öz adilə deyil başqa adlada göndərsə bizim üçün problem deyil və başadüşüləsidir. Bizim təşkilatımız tərəfindən isə təmamilə rahat olabilərlər. _bizə vaxt ayırdığınız üçün təşəkkür edirik. Bütün işkəncə altında olanlara azadlıq arzulayırıq. Ürəyimiz onlarladır. Ümid üdirik ki sizin bu insani yolda etdiyiniz fəaliyıt hamı o cümlədəndə bu aksiyalardan daha öncə tutulan cənab fərşi və bidar xanımada şamil ediləcəkdir. _məndə sizə təşəkkür edirəm. Çok çok təşəkkürlər. GUNAZ.TV mətbuat mərkəzi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar