SON XƏBƏRLƏR

Iran adlanan yerdə etirazlar səngimək bilmir

2021.10.20, 07:36
Iran adlanan yerdə etirazlar səngimək bilmir

Gunaz.tv
Hökumət sərtləşməkdə, etirazçılar daha qətiyyətli olmaqda davam edirlər Iyunun 12-də Iranda keçirilən prezident seçkilərində baş verən saxtakarlıqlarla bağlı etiraz aksiyaları səngimək bilmir. Iran hökumətinin əl atdığı sərt tədbirlərdən heç biri səslərinin oğurlanmasına etiraz edən vətəndaşları qorxutmur. Artıq iki həftədir davam edən aksiyalarda ölənlərin və həbs olunanların sayı da artmaqdadır. Həbslərin artması Iran hökumətinin getdikcə sərtləşdiyindən xəbər verir. Buna baxmayaraq, etirazçıların sıraları genişlənməkdədir. 70 universitet müəllimi həbs edilib Xarici agentliklərin yaydığı xəbərə görə, dünən müxalifət lideri Mirhüseyn Musəvi ilə görüşməyə hazırlaşan 70 universitet müəllimi həbs edilib. Məlumata görə, həbs edilənlər ölkənin liberal idarəçilik üsulu ilə idarə edilməsinin tərəfdarı olublar. Onların haraya aparıldıqları isə hələ də məlum deyil. Analitiklərin fikrincə, həbslər Iran hökumətinin sərtləşdiyini göstərir. Deputatlar Əhmədinecadı təbrik etməkdən imtina etdilər Iran parlamentinin 105 deputatı isə Mahmud Əhmədinecadın prezident seçilməsi ilə bağlı təntənəli qəbul mərasiminə qatılmaqdan imtina edib. “BBC”-nin yaydığı məlumata görə, deputatlar hakimiyyətin dinc nümayişçilərə divan tutmasına bu yolla etiraz ediblər. Iyunun 24-də keçirilən təntənəli tədbirə parlamentin 290 üzvünün hamısı dəvət edilib. Amma 105 deputat tədbirə qatılmayıb. Parlament üzvlərinin etiraz xarakterli bu cür kütləvi imtinası prezident seçkilərindən sonra ölkədə həqiqətən də çox ciddi qarşıdurmanın yarandığını göstərir. Matəm mərasimi ləğv edildi Iranın müxalifətdə olan “Etemad melli” partiyasının lideri, prezidentliyə namizəd Mehdi Kərrubi dünənə nəzərdə tutulan matəm mitinqini ləğv edib. Əvvəlcədən də xəbər verildiyi kimi, mitinq bir neçə gün öncə polislə toqquşmalar zamanı öldürülən insanların xatirəsinə həsr olunmalıydı. Bu mərasim mübahisəli seçkilərdən sonra iğtişaşlar zamanı həlak olanların xatirəsinə həsr olunmuşdu. Mehdi Kərrubinin siyasi partiyasının internet səhifəsində deyilir ki, ona mərasimi keçirmək üçün yer ayrılmayıb və vəziyyət təəssüfedici kimi təsvir edilib. Iranın Daxili Işlər Nazirliyi prezident Əhmədinecadın yenidən seçilməsi əleyhinə çıxış edən qrupların bütün etiraz nümayişlərinə qadağa qoyub. Bununla yanaşı, onun gələn həftə mitinq keçirməyə cəhd edəcəyi də bildirilir. Kərrubi seçkiləri tanımadı “Seçkilərdə məğlub olmuş prezidentliyə namizəd Mehdi Kərrubi bildirib ki, seçkilərin nəticələrini və dövlət idarəçiliyinin qanuniliyini tanımır”,- “Etemade melli” partiyasının xəbər saytı məlumat verib. “Keçirilən seçkilər şübhə doğurur və onların nəticələrini ləğv etmək lazımdır. Mən keçirilən seçkiləri və onları qanuni sayan dövləti tanımıram”,- “Etemade melli” partiyasının katibi Mehdi Kərrubi bildirib. Müxalifət təmsilçisi həmçinin xalqı çətinliklərdən qorxmamağa çağırıb. Musəvi qəzetinin bağlanmasını tənqid edib Iranın əsas müxalifət lideri Mirhüseyn Musəvi nümayişlər zamanı qanın axıdılmasına görə, prezident seçkilərini saxtalaşdıran adamları günahkar bildiyini deyib. Onun internet səhifəsində deyilir ki, cənab Musəvi müxalifətin üzərinə qoyulan məhdudiyyətlərin əlavə zorakılıqlara gətirəcəyindən narahatdır. Bəyanatda bildirilir ki, iranlıların seçki nəticələri əleyhinə etiraz etmək kimi konstitusiya hüquqları var və burada cənab Musəvinin tərəfdarları etirazların hüquqi müstəvidə davam etdirilməsinə çağırılırlar. Bəyanatda həmçinin bu həftə əvvəli cənab Musəvinin sahibi olduğu qəzetin bağlanması və işçilərin həbs edilməsi tənqid olunur. “Washington Times” qəzetinin müxbiri həbs olunub Washington Times qəzeti Cason Foudenin Iran seçkilərini və nümayişləri işıqlandırdığını, amma bir neçə gün əvvəl yoxa çıxdığını yazır. Cənab Foudenin ikili - Britaniya və Yunan- vətəndaşlıqları var. Britaniyanın Xarici Işlər Nazirliyi məsələylə bağlı Yunanınstanın Xarici Işlər Nazirliyi ilə əməkdaşlıq etdiyini bildirib. Iranın Mədəniyyət Nazirliyi deyib ki, cənab Fouden ölkəni tərk etməyə çalışarkən Tehran hava limanında saxlanılıb. Ancaq həbsin səbəbləri ilə bağlı əlavə təfərrüatlar açıqlanmır. Mir Hüseyn Musəviyə təzyiqlər artır Iran müxalifətinin lideri Mir Hüseyn Musəvi dünən bildirib ki, hakimiyyət prezident seçkilərinin saxtalaşdırılması barədə ittihamlarını dayandırmağa məcbur edərək onu təcrid edir və təzyiq göstərir. Eyni zamanda hakimiyyətdə sərt xəttin tərəfdarı olan yeni seçilmiş Prezident Mahmud Əhmədinecad ABŞ Prezidenti Barak Obamanı çox sərt şəkildə tənqid edib. Bu barədə Musəvinin rəsmi saytı “Kalemeh” xəbər verib. Musəvi öz saytında ilk dəfə, özünün dediyi kimi “onun getdikcə artan çətinlikləri” barədə bəyanat verib. O bildirib ki, son zamanlar ona iyunun 12-də keçirilmiş seçkilərdə saxtalaşdırmalar haqqında ittihamları üzündən güclü təzyiq göstərilir. Musəvi onu da əlavə edib ki, onun xalqa çıxışı “tamamilə məhdudlaşdırılıb”. Iranla bağlı etirazlar bütün dünyanı bürüyür “Iranda demokratiyanın məhdudlaşdırılmasına qarşı etiraz aksiyalarının keçirilməsi bütün dünya üzrə iyunun 26-na təyin edilib. Sıralarında 170 milyondan çox insanın olduğu tədbirlər dörd ümumdünya həmkarlar birliyi tərəfindən təşkil edilir”, - Beynəlxalq Nəqliyyat Işçiləri Federasiyasının (The International Transport Workers’ Federation) press-relizində deyilir. Nümayişlər Iranın Ankara, Banqkok, Brüssel, Kanberra, Cenevrə, Cakarta, London, Madrid, Nyu-Dehli, Oslo, Haaqa, Tokio, Toronto və Vellinqtondakı səfirlik-konsulluqlarının qarşısında keçiriləcək. Bu tədbirlərlə yanaşı, digər ölkələrin həmkarlar təşkilatları iranlı nümayişçilərə dəstək məqsədi ilə müxtəlif aksiyalar keçirməyi planlaşdırır. Beynəlxalq Həmkarlar Konfederasiyası, Beynəlxalq Təhsil Təşkilatı, Beynəlxalq Nəqliyyat Işçiləri Federasiyası, Ərzaq və Tütün Sənayesi Işçilərinin Beynəlxalq Ittifaqı Iranda hüquqların pozulmasına qarşı və ədalətin bərpa olunması məqsədi ilə bütün işçi qüvvəsini həmin gün aksiyalarda iştirak etməyə çağırıb. Beynəlxalq təşkilat “Amnesty International” aksiyaların keçirilməsinə dəstək verir. Mitinq üçün rəsmi icazə istənildi Iranın Islahatçılar düşərgəsinin Əlaqələndirmə Şurası bəyanat yayaraq ölkədə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq mitinqlər və toplaşmaların keçirilməsi üçün rəsmi icazənin verilməsini tələb edib. Bu barədə ILNA xəbər agentliyi məlumat yayıb. “Iran Islam Respublikasının Konstitusiyasının 27-ci maddəsini rəhbər tutaraq Daxili Işlər Nazirliyindən tələb edirik ki, dinc məqsədli yürüşlər və mitinqlər keçirmək üçün bizə icazə verilsin. Biz bununla bir neçə dəfədir ki, DIN-dən bu barədə icazə istəyirik”, - şuranın bəyanatında bildirilir. Bəyanatda deyilir ki, Islahatçılar düşərgəsindən olan partiya və qruplar Mir Hüseyn Musəvini dəstəkləyir və bundan heç vaxt geri çəkilməyəcəklər. “Seçkilərin düzgün keçirilmədiyini bəyan edirik və öz hüquqlarımızı qorumaq məqsədi ilə xalqdan dözümlü olmağı istəyirik”, - bəyanatda bildirilir. AŞ PA Iranla bağlı qətnamə qəbul etdi Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) dünən keçirilən iclasında fövqəladə olaraq “Irandakı vəziyyət” adlı məruzə müzakirə olunub. APA-nın Avropa bürosunun məlumatına görə, müzakirələrdə Iranda baş verən hadisələr kəskin pislənib. Isveçli parlamentar Qoran Lindblad tərəfindən hazırlanmış 11968 saylı məruzədə bildirilir ki, 12 iyundan sonra ölkədə baş verən nümayişlər 1979-cu il inqilabından sonra müşahidə olunan ən əhəmiyyətli hadisələrdir. “12 iyunda keçirilən prezident seçkilərinin nəticələrinin elan olunmasından sonra başlayan nümayişlərdə müxalifət tərəfdarları seçkinin nəticələrinin ləğv edilməsi tələbini irəli sürdülər. Hakimiyyət orqanları isə zor tətbiq edərək yüzlərlə insanı həbs edib, ifadə azadlığına qadağalar qoyulub. Irandakı vəziyyətin dinc yolla və uzunmüddətli həllinə, eləcə də regionda sabitliyin və sülhün bərqərar olmasına gedən yeganə yol demokratiya, insan haqlarına hörmət və hüquqi dövlət prinsiplərinə hörmətdən keçir. Assambleya Iran parlamenti və ölkənin demokratik gücləri, eləcə də vətəndaş cəmiyyətinin təmsilçiləri ilə konstruktiv dialoq qurulmasına hazırdır”, - deyə məruzədə qeyd edilir. AŞ PA Iran hakimiyyətini dinc nümayişçilərə qarşı güc və zor tətbiq etməməyə, həbs olunmuş insanları, o cümlədən siyasətçiləri azad etməyə, mətbuat azadlığına qoyulmuş qadağaları aradan qaldırmağa, xüsusilə müxalif mətbuatın bağlanmasının qarşısını almağa, xarici jurnalistlərin cəzalandırılması və ölkədən çıxarılması hallarına son qoymağa çağırıb: “Iran hakimiyyətini seçki prosesi zamanı baş vermiş pozuntu hallarını müstəqil şəkildə araşdırılmasına imkan verməyə, ölkənin siyasi həyatında konstruktiv dialoq qurmağa və yeni ABŞ administrasiyasının yeni yanaşmasına müsbət cavab verməyə, qarşılıqlı etimad mühitinin yaradılması məqsədilə beynəlxalq ictimaiyyətlə dialoq qurmağa dəvət edir, habelə Iranın bütün siyasi tərəflərini zor tətbiq etməkdən çəkinməyə və dialoq yolunu seçməyə çağırırıq”. AŞ PA qurum yanında müşahidəçi statusunda iştirak edən ölkələri də beynəlxalq ictimaiyyətin narahatlığını ifadə etmək üçün Iran hakimiyyəti ilə əlaqələri gücləndirməyi və dərin siyasi dialoq qurulmasına dəvət edir: “AŞ PA arzu edir ki, Avropa 18-19 iyun 2009-cu il tarixlərində Avropa Ittifaqının qəbul etdiyi mövqedən çıxış edərək, bu böhranın həll olunmasında fəal rol oynasın”. AI həmin mövqeyində Iranda zor tətbiq edilməsini pisləyib, bütün narahatlıq doğuran məsələlərdə Iranı beynəlxalq ictimaiyyətlə dialoq yolunu seçməyə çağırıb. Sənəddə o da bildirilir ki, AŞ PA Iran parlamenti, Iranın demokratik gücləri, eləcə də vətəndaş cəmiyyət ilə əlaqələrini gücləndirməyə və ölkədəki vəziyyəti yaxından izləməyə qərar verir. Fizzə azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar