SON XƏBƏRLƏR

MUSƏVİ: «MƏNƏ TƏZYİQ EDİRLƏR»

2021.10.20, 07:36
MUSƏVİ: «MƏNƏ TƏZYİQ EDİRLƏR»

Gunaz.tv
Mir Hüseyn Musəvi bu gün öz vebsaytında yazır ki, ona təzyiq edirlər. Məqsəd isə seçkinin nəticələrini ləğv etmək tələbindən əl çəkməsidir. Musəvi yazır ki, o «ən böyük seçki saxtakarlığına etirazını» davam etdirəcək. Musəvi, onun özünün ifadəsi ilə desək, «qanuni və sakit» nümayişləri davam etdirməyə çağırır və onun yazdıqlarında bir optimist not da var ki, belə nümayişlərlə etirazçılar sonda istədiklərinə nail olacaqlar. Ancaq maraqlıdır ki, nümayişlərə çağıran Mir Hüseyn Musəvi keçən şənbədən camaat arasında görünmür. Etirazçılar isə, nümayişlərin qəddarlıqla dağıdılmasına baxmayaraq, etirazları davam etdirəcəklərini deyirlər. Dünən onlar eşitmişdilər ki, Musəvi parlamentə gələcək, ona görə parlament qabağına toplaşdılar, ancaq Musəvi gəlmədi, əvəzində polislər gəldi. Bu gün Musəvi yazır ki, ona etirazçılarla görüşməyə imkan vermirlər. // Azadlıq radiosu

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar