SON XƏBƏRLƏR

FİFA İran Futbol Federasiyasından açıqlama istəyib

2021.10.20, 07:36
FİFA İran Futbol Federasiyasından açıqlama istəyib

Gunaz.tv
Qurum yaşıl sarğı bağlayan futbolçuların komandadan qovulması barədə izahat istəyib Beynəlxalq Futbol Federasiyaları İttifaqı (FIFA), İran Futbol Federasiyasından, İran-Cənubi Koreya matçında biləklərinə yaşıl sarğı bağlayan futbolçuların cəzalandırılması barədə xəbərlərin aydınlaşdırılmasını istəyib. CNN Türk-ün məlumatına görə, FIFA, İranda islahatçı namizəd Mir Hüseyn Musəviyə dəstək vermək üçün yaşıl sarğı bağlayan futbolçuların komandadan qovulması ilə bağlı İran Futbol Federasiyasına bir məktub göndərərək məlumat istəyib. Belə ki, İranda müxalifət lideri Musəviyə dəstək məqsədi ilə matça yaşıl sarğı bağlayaraq çıxan dörd futbolçu milli komandadan qovulub. “BBC”-nin “İran Daily” anti-hökumət mövqeli qəzetinə istinadən verdiyi məlumata görə, yaşıl sarğı bağlayan altı iranlı futbolçudan dördü təqaüdə çıxıb. Buna səbəb, futbolçuların İranda prezident seçkisinin nəticələrinə etiraz olaraq keçirilən nümayişə dəstək göstərmələri olub. Bu futbolçular arasında komandanın kapitanı Mehdi Mahdavik və yarımmüdafiəçi Əli Kərimi də var. Xatırladaq ki, Seulda dünya çempionatının seçmə mərhələsində Cənubi Koreya ilə keçirilən matçda 6 iranlı futbolçu qollarına yaşıl sarğı bağlamışdılar. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar