SON XƏBƏRLƏR

Başını uca tut, Azərbaycan əsgəri!

2021.10.20, 07:36
Başını uca tut, Azərbaycan əsgəri!

Gunaz.tv
Sən,rütbələrin ən alisinə layiqsən Ordu hər bir müstəqil dövlət üçün vacib şərtdir. Sərhədlərin qorunması,doğma torpaqların mühafizəsi məhz ordudan, onun hansı səviyyədə olmasından asılıdır. Nə yaxşı ki, müstəqil dövləti və ordusu olan dövlətlərin arasında Azərbaycanın da adı var. Azərbaycanın inkişaf yolunda olan ordusu var. Ordunun hər bir insan üçün hansı mənanı kəsb etdiyini isə demək çətindir. Hər birimizin oğlunun, qardaşının, yaxınlarının zaman-zaman ordumuzda qulluq etdiyini düşünmək bizə qürur verir.Təsadüfi deyil ki, hərbi qulluğunu başa vuranları toy-bayramla qarşılayırlar. Ordu haqqında xoşagəlməyən, neqativ fikirlər də səslənir.Amma ailə albomunda yaxınlarımızın əsgər geyimində olan şəkilləri xüsusi əhəmiyyətə malik olur. Əsgərlik xatirələrini maraqla danışanlar birincilərdən çoxdur. Biz ordumuzla fəxr etmək, qürur duymaq ehtiyacı hiss edirik. Amma həyatımızın bütün sahələrində olduğu kimi ordu ilə da bağlı xoşagəlməyən hallarla qarşılaşmalar olur. Orduda xidmət edən hansısa bir hərbçi öz vəzifəsindən sui-istifadə edir. Əmri altında olan əsgərlərə işgəncə vermək, qürunu sındırmaq ona xoş təsir bağışlayır. Elə hərbçilər var ki, əsgər üçün ayrılan ərzaqla ailəsini saxlamaqdan belə çəkinmir. Rüşvət alıb bir əsgəri o birinin üzərində hakim mövqeyə keçirənlər də var. Əsgərin aldığı cüzi əmək haqqını zorla qol çəkdirib ondan alan komandirlər, əsgərdən kontur, müxtəlif həcmdə pul tələb edən komandirlər də var. Hətta əsgər əməyindən öz şəxsi məqsədləri üçün istifadə edən hərbçilərimiz də az deyil. Və yaxud əksinə övladının əsgər getməməsi üçün ətək-ətək pul tökən valideynlər də az deyil. Təbii ki, maddi imkanı aşağı olan insanlar ordunun adına ləkə gətirəcək bu yolu seçə bilmir. Bunu edən insanlar çox zaman dövlətin müxtəlif strukturlarında çalışan məmurlar olur. Pullu ataların sayəsində onların övladları hərbi forma geyməkdən azad olur. Belə halların nəticəsi nə olurğ Bu hal kənardan baxanların orduya olan münsibətini dəyişir. Ordu sıralarında belə siniflərin yaranması dözülməz hala çevrilir. Məhz belə sıxışdırmalar nəticəsində də neqativ hallar yaranır. Bu məlumatlar mətbuat səhifələrində də yer alır. Sonra da orduya görə məsuliyyət daşıyanlar mətbuatı günahlandırır. Amma sadə bir həqiqət var. Yəqin ki, bunu ordu sıralarında xidmət edən rütbəli hərbçilərimiz də yaxşı bilir. Hər birimiz orduda nələrin baş verdiyindən az və ya çox xəbərdar oluruq. Bu gün Azərbaycan əsgəri doğma torpaqlarında xidmət edir. Hər bir valideynin də övladının vəziyyətindən xəbər tutmaq imkanı olur. Buna görə də kim nəyisə gizlətməyə çalışsa da, bu mümkün olmur. Mətbuat yazmasa belə, əsəgərlikdə başına xoşagəlməyən hadisələr gələn birisi öz yaxın qohumunu əsgər getməmək üçün hansısa yollardan istifadə etməyə çağırır. Bəs bunun günahı kimdədirğ Bunun günahının kimdə olduğunu deməyə ehtiyac yoxdur. Hər bir vicdanlı insan belə sualların qarşısında qalanda buna asanlıqla cavab tapa bilər. Çünki insanın vicdanının bütün məhkəmələrdən daha yaxşı qərar çıxardığını bilirik. Vicdan yoxdursa, o insanın Azərbaycan Ordusu adına xidmət etməsi doğru deyil. Deməli, vicdan yoxdusa, məmur öz oğlunu evində bəsləyib digərləri üçün vətənpərvərlik təbliğatı aparacaq. Deməli, vicdan yoxdursa, biz əsgərlərimizin gözükölgəli olmasından zövq alacağıq. Əslində, bizim istəyimiz bu deyil. Əsgər deyəndə başını dik tutan, gözlərindən mərdlik yağan, güvənəcəyimiz Azərbaycan oğullarını görmək istəyirik. Onlar məğrur olmalı, öz komandirlərinə qorxduqları üçün yox, hörmət etdikləri üçün tabe olmalıdırlar. Təbii ki, bu cür ordunun qarşısında düşmən də tab gətirməyəcək. Azərbaycan xalqı belə bir ordu istəyir. Az müddət içərisində böyük inkişaf yolu keçən Azərbaycan Silahlı Qüvvələri artıq bu istəyi doğrultmağa qadirdir. Azərbaycan Ordusu düşməni doğma torpaqlardan qovmağa qadirdir. Ordumuzu cəmiyyətimizdən, gündəlik həyatımızdan ayrı təsəvvür etməməliyik. Ordumuzun inkişafının cəmiyyətimizin nkişafından asılı odduğunu dərk etməliyik. Ordumuzun arxasında durmalıyıq ki, düşməni də məhv edə bilək. Bizim bir arzumuz var. Tezliklə Azərbaycan Ordusu xalqımıza qələbə sevincini yaşatsın. Ordumuzun bu istəyi yerinə yetirəcəyinə əminik. Çünki xalqımzın mərd və qorxmaz oğulları həmişə var, olub və olacaq. Aygün

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar