SON XƏBƏRLƏR

İran adlanan yerdə həbs olunan alimlərin sayı 140-a çatıb

2021.10.20, 07:36
İran adlanan yerdə həbs olunan alimlərin sayı 140-a çatıb

Gunaz.tv
Onlar muxalifət rəhbəri Musəvi ilə görüşdən sonra saxlanılıblar İran hakimiyyəti islahatçı hərəkatın rəhbərlərini dəstəkləyən alimləri, publisistləri və mədəniyyət xadimlərinin həbsini davam etdirir. İtar-Tassın məlumatına görə, artıq həbs olunanların sayı 140-a çatıb. Qeyd edək ki, iyunun 25-də İran müxalifətinin rəhbəri Mir Hüseyn Musəvi ilə görüşdən sonra 70 professor saxlanılıb. “Musəvi ölkədəki universitetlərin professoru ilə görüşüb və iştirakçılardan 70-i görüşdən sonra saxlanılıb", - Musəvinin veb səhifəsində belə yazılıb. Hakimiyyət hələlik bu məsələni şərh etməyib. Siyasətçilərin özləri həbs olunmasa da, İran Daxili işlər nazirliyi tərəfindən dəfələrlə hədə olunublar. Bu arada İranın ali dini rəhbəri Əli Xamenei müxalifətdən qanuna hörmət etməyi tələb edib./ANSPRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar