SON XƏBƏRLƏR

MİRHÜSEYN MUSƏVİ YENİ BƏYANAT YAYDI: “MƏN XALQIN HÜQUQUNDAN VAZ KEÇMƏRƏM”

2021.10.20, 07:36
MİRHÜSEYN MUSƏVİ YENİ BƏYANAT YAYDI: “MƏN XALQIN HÜQUQUNDAN VAZ KEÇMƏRƏM”

Gunaz.tv
İran adlana yerin prezidentliyinə namizəd olmuş Mirhüseyn Musəvi iyunun 25-də bəyanat yayaraq əhalini sivil yolla və qanun çərçivəsində seçki nəticəsinə etirazı davam etdirməyə çağırıb və heç bir təzyiq altında xalqın hüququndan vaz keçməyəcəyini bildirib. Musəvi dövlət televiziyasında və bir sıra hökumət qəzetlərində ona və xalqa qarşı qərəzli təbliğat aparıldığından danışıb: “Son günlər Dövlət Teleradio Şirkəti, hökumət qəzet və saytları seçkisonrası hadisələri təhrif edərək hər şeyi birtərəfli və tərsinə işıqlandırmağa başlayıblar. Onlar xalqa məxsus bütün imkanlardan faydalanaraq həqiqəti ört-basdır etməyə, baş verən acınacaqlı olayların günahını xalqın və bizim boynumuza atmağa, bizi səbəbkar kimi göstərməyə çalışırlar”. Musəvi seçkidə saxtakarlıq edənlərin öz qrup maraqlarının təmin olunması uğrunda çalışdığını deyib: “Bunlar xalqa məxsus bütün vəsait və imkanlara söykənərək öz qrup mənafelərini qorumaq üçün açıq-aşkar yalan danışır, başqalarına damğa vurur, ləkə yaxırlar. Onlar bilməlidir ki, Musəvi mahiyyəti artıq xalqa ifşa olunmuş bu kimi hiylə və fitnələrlə mübarizə meydanını tərk etməyəcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar