SON XƏBƏRLƏR

Barrozodan Türkiyəyə Kipr mesajı

2021.10.20, 07:36
Barrozodan Türkiyəyə Kipr mesajı

Gunaz.tv
Problemi həll etmək üçün yaxşı bir şans var Kipr məsələsinin həll olunması üçün Avropa Birliyi (AB) əlindən gələnin ən yaxşısını edəcək. CNNtürkün məlumatına görə, bu barədə adada görüşlərdə olan Avropa Komissiyasının başçısı Jose Manuel Barrozo bildirib. Barrozo Kipr limanlarını Rum gəmilərinə açmasının Türkiyənin qəbul edəcəyi qərara bağlı olduğunu bildirib. Barozzo hesab edir ki, Kiprdə vəziyyət çox kritik bir dövrə gəlib. O, uzun illər davam edən problemi həll etmək yeni şansın olduğunu və bu şansın istifadə edilməsinin zəruriliyini qeyd edib. Barrozo bildirib ki, AB üçün əsas şərt problemin "azadlıq, demokratiya və hüququn üstünlüyü" prinsiplərinə uyğun həll olunmasıdır. "Türkiyənin problemi çətinləşdirdiyi" istiqamətindəki iddialar mövzusunda isə Barrozo preizident Abdullah Gül və Rəcəb Tayyib Ərdoğan ilə görüşdüyünü və ikisinin də Kipr probleminin həll olunması üçün çalışdıqlarını bildirib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar