SON XƏBƏRLƏR

Ünal Çeviköz: “Türkiyə ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla diplomatik əlaqələrin qurulmasına...

2021.10.20, 07:36
Ünal Çeviköz: “Türkiyə ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla diplomatik əlaqələrin qurulmasına...

Gunaz.tv
Ünal Çeviköz: “Türkiyə ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla diplomatik əlaqələrin qurulmasına razılıq verməyəcək” Avroatlantik Tərəfdaşlıq Şurasının Astanada təhlükəsizlik məsələlərinə dair forumu çərçivəsində “Regional perspektivlər: Qafqazda həll olunmayan münaqişələrin həlli perspektivləri” mövzusunda müzakirə keçirilib. APA-nın Qazaxıstan və Mərkəzi Asiya üzrə müxbirinin məlumatına görə, iclasda çıxış edən Türkiyə Xarici İşlər Nazirliyi aparatı rəhbərinin Şərqi Avropa, Qafqaz, Asiya, Afrika və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Ünal Çeviköz Dağlıq Qarabağ münaqişəsini üzərində xüsusi dayanıb. O bildirib ki, Türkiyə ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla hər hansı diplomatik əlaqələrin qurulmasına razılıq verməyəcək. O, Qafqaz Sabitlik və Əməkdaşlıq Platformasının yaradılmasının vacibliyini vurğulayaraq deyib ki, Türkiyə, Azərbaycan, Rusiya, Gürcüstan və Ermənistan bu platformada bir araya gələrək münaqişələrin həllini tezləşdirməlidir: “Biz Qarabağ problemin həllində artıq 20 il vaxt itirmişik”. Azərbaycanın NATO-dakı səfiri Kamil Xasıyev isə birmənalı şəkildə bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər. Azərbaycan Milli Məclisinin üzvü Jalə Əliyeva da çıxış edərək Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı roldan danışıb. Onun fikrincə, Qarabağ münaqişəsinin həlli enerji təhlükəsizliyinin təmin olunmasına da müsbət təsir göstərər. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi isə atəşkəs rejiminin hökm sürməsinə baxmayaraq, ötən il ərzində təmas xətti və sərhəd zonalarında 30-dan artıq əsgərin həlak olduğunu diqqətə çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar