SON XƏBƏRLƏR

Pəhləvanlarımız İran adlanan yerdə artıq 3 medal qazanıblar

2021.10.20, 07:36
Pəhləvanlarımız İran adlanan yerdə artıq 3 medal qazanıblar

Gunaz.tv
İran adlanan yerdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş yeniyetmələr arasında sərbəst və yunan-roma güləşi üzrə beynəlxalq turnir davam edir. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata əsasən, yarışın ilk günü döşək üzərinə 4 idmançımız çıxıb ki, onlardan da 3-ü turniri medalla başa vurub. 50 kq çəki dərəcəsində yarışan Fərrux Ələkbərov finaladək irəliləsə də, həlledici qarşılaşmada yerli güləşçiyə məğlub olaraq 2-ci yeri tutub. Eyni çəkidəki digər təmsilçimiz Qalib Əliyev və 58 kq çəki dərəcəsində mübarizə aparan Bəxtiyar İsrafilli isə yarışda bürünc medala layiq görülüb. Qeyd edək ki, bu gün 46, 54, 63 və 76 kq çəki dərəcələrində çıxış edən idmançılarımız medallar uğrunda mübarizəyə başlayacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar