SON XƏBƏRLƏR

AYƏTULLAH SEYİD HÜSEYN MUSƏVİ TƏBRİZİ: “XALQIN HAQQINI YEYƏN HƏR KƏS ŞEYTANDIR”

2021.10.20, 07:36
AYƏTULLAH SEYİD HÜSEYN MUSƏVİ TƏBRİZİ: “XALQIN HAQQINI YEYƏN HƏR KƏS ŞEYTANDIR”

Gunaz.tv
Seyid Hüseyn Musəvi Təbrizi Qum dini dairəsinin məşhur rəsmisi ayətullah Seyid Hüseyn Musəvi Təbrizi prezident Mahmud Əhmədinejadın tərəfdarı olan www.sanyehnews.com saytına verdiyi müsahibədə prezident seçkisindən və seçkisonrası hadisələrdən danışıb. M.Təbrizi prezidentliyə namizəd olmuş Mirhüseyn Musəvinin seçki saxtakarlığına qarşı dinc mübarizəsini dəstəklədiyini vurğulayaraq hökumətin sivil etiraza qalxan vətəndaşlara zorakılıq işlətməsini kəskin tənqid edib. “Media forum” saytının məlumatına görə, M.Təbrizi dövlət televiziyasında və mətbuatda dinc nümayişçilərin “iğtişaşçı” adlandırılmasını pisləyib: “Siz hansı iğtişaşdan danışırsınız? Xalq sivil yolla küçəyə çıxıb öz haqqını tələb edir. Sizcə, bu iğtişaşdırmı? Şah da öz tapdanmış hüquqlarını tələb etmək üçün küçələrə axışıb etiraz bildirən vətəndaşları iğtişaşçı adlandırır, baş nazir və parlament də onların iğtişaş yaratmaq üçün qonşu ölkədən gəldiyini deyirdilər. Nəticə nə oldu?” “Hər halda Musəvi və tərəfdarlarının bir sıra hərəkətləri iğtişaşa səbəb olur. Halbuki ayətullah Xamneyi ötən cümə namazındakı çıxışında bu toplantı və aksiyaların dayandırılmasını tələb etmişdi. Siz Musəvinin son bəyanatlarını təsdiq edirsinizmi” sualının cavabında M.Təbrizi deyib: “ Mənim bunlarla işim yoxdur. Rəhbər nə deyib özü bilər. Mən qanundan danışıram. Məndən yalnız qanun haqqında soruş. O ki qaldı Musəviyə, bəli, mən onu və onun bəyanatlarını təsdiq edirəm. Çünki o, haqqı müdafiə edir və bu günə qədər də gördüyü bütün işlər məhz qanun çərçivəsində olub. O, insanları dinc etiraza çağırır. Bu isə qanundur. O deyir ki, Konstitusiyaya Nəzarət Şurası istər seçkidən əvvəl, istər seçkidən sonra heç vaxt bitərəf olmayıb. Xalq da elə bunu deyir və seçki nəticəsinə etiraz bildirir”. “Siz özünüz bir inqilabçısınız. Şeytan şah rejimini indiki islam rejimi ilə müqayisə etmək mümkündürmü?” sualına M.Təbrizi belə cavab verib: “Əlbəttə, mümkündür. Şah rejimi elə bu sözlərinə görə şeytan rejim sayılırdı. Əgər o belə rəftar etməsəydi və xalqın hüququnu tanısaydı, şeytan adlandırılmazdı ki. Nə fərq edir? Xalqın haqqını yeyən və tapdalayan hər bir kəs şeytandır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar